Avropa Komissiyası və Avropa Təlim Fondu tərəfindən dəstəklənən Karyerada bələdçilik üzrə idarələrarası işçi qrupu ilk dəfə olaraq Qlobal Karyera Ayı təşkil edir.
Noyabrın 8-dən dekabrın 13-dək beynəlxalq təşkilatlar həm gənclər, həm də yetkinlər üçün karyera sahəsində çalışan milli, regional və qlobal assosiasiyalarla əməkdaşlıq çərçivəsində bir sıra qlobal və regional tədbirlər keçirəcək.
Əsas qlobal və regional tərəfdaşlar siyahısına CareerLab Ermənistan və Ukrayna karyerada bələdçi və təhsil üzrə məsləhət assosiasiyası daxildir.
“Layiqli işə və dolanışıq vasitələrinə çıxışı dəstəkləmək səylərində karyera üzrə bələdçinin əhəmiyyəti getdikcə daha da artır. Onun əmək bazarında müvafiq bacarıqların və yenidənhazırlığın təmin edilməsində, eləcə də peşə üzrə yerdəyişmənin asanlaşdırılmasında və iqtisadiyyatın bərpası prosesində rolu mühümdür”, – Qlobal Karyera Ayının səhifəsində belə deyilir.





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,