2026-cı ildə Avropa Həmrəylik Korpusuna 175,3 milyon avro ayrılacaq
Noyabr 21, 2025

2026-cı ildə Avropa Həmrəylik Korpusuna 175,3 milyon avro ayrılacaq


Avropa Komissiyası Avropa Həmrəylik Korpusunun 2026-cı il üzrə büdcəsini təsdiqləyib. Gələn il bu proqrama daha çox, 175,3 milyon avro maliyyə vəsaiti ayrılıb.

2016-cı ildə təsis edilən Avropa Həmrəylik Korpusu Aİ-nin könüllülük və ictimaiyyətin cəlb olunması sahəsində gənclərin dəstəklənməsi ənənəsini davam etdirir. O, 18-30 yaş arası (və humanitar yardım sahəsində könüllü iş üçün 35 yaşa qədər) gəncləri Avropada və ondan kənarda, o cümlədən Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadakı təşkilatlar və layihələrlə əlaqələndirir. 

Təşəbbüs icra olunmağa başlandığı gündən etibarən 150 000-dən artıq gəncin həyatında müsbət dəyişikliklər yaradan imkanlar təqdim etmiş və həmrəylik, humanitar yardım və inkişaf naminə əməkdaşlıq sahəsində 22 000-dən çox layihə vasitəsilə icma inkişafına dəstək vermişdir. 

2026-cı il üzrə proqram bu nailiyyətlərə əsaslanır və 2021-2027-ci illər ərzində dörd prioritetə – inklüzivlik və müxtəliflik, ətraf mühitin dayanıqlığı, rəqəmsal transformasiya və demokratik fəallığa töhfə verən layihələri maliyyələşdirməyə davam edəcək.

Avropa Həmrəylik Korpusu gələn il həmçinin könüllülük fəaliyyətlərini, həmrəylik sahəsində layihələri və şəbəkələşmə tədbirlərini dəstəkləməyə davam edəcək. Proqram iştirakçı təşkilatlar üçün təlim və qiymətləndirmə dövrləri, İT alətləri və Keyfiyyət nişanı mexanizmləri daxil olmaqla keyfiyyət və dəstək tədbirləri təqdim edəcək.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

Avropa Həmrəylik Korpusu



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,