2023-cü ildə 4,2 milyard avro büdcəyə malik Erasmus+ proqramı çərçivəsində layihə təkliflərinin qəbuluna başlanıb
Noyabr 24, 2022

2023-cü ildə 4,2 milyard avro büdcəyə malik Erasmus+ proqramı çərçivəsində layihə təkliflərinin qəbuluna başlanıb


Avropa İttifaqı 2023-cü il üzrə Erasmus+ proqramı çərçivəsində layihə təkliflərinin qəbuluna başlayıb. 

İllik 4,2 milyard avro büdcəyə malik Erasmus+ proqramı Aİ-də və beynəlxalq səviyyədə inklüzivlik, fəal vətəndaşlıq və demokratik proseslərdə iştirak, eləcə də yaşıl və rəqəmsal transformasiyalar sahəsində dəstəyini artırır.

Gələn il də proqram çərçivəsində şagirdlərin, ali təhsil və peşə təhsili tələbələrinin, yetkin təhsil alanların, qeyri-formal təhsil proqramlarına qoşulan gənclərin, təhsil işçilərinin və təhsil müəssisələrinin heyətlərinin Avropa təhsil sistemi istiqamətində yerdəyişməsinə dəstək veriləcək. Proqram həmçinin Ukraynadakı müharibə səbəbindən ölkəsindən didərgin düşən müəllim və tələbələrə daha çox dəstək verməyi nəzərdə tutur.

Gələn il əsasən təhsil, təlim, gənclər və idman sahəsində layihə təklifləri qəbul olunacaq. 2023-ci il üzrə Erasmus+ Proqramı Bələdçisində sözügedən layihə təkliflərinin qəbulu haqqında daha ətraflı məlumatı (prioritetlər, son tarix və ölkəniz üzrə seçim kriteriyaları daxil olmaqla) tapa bilərsiniz. 

Təqdim olunacaq qrantlar və layihələrin müddəti, layihənin növündən, iştirakçı ərizəçilərin növündən və qoşulan partnyorların sayı kimi bir çox amillər baxımından fərqli ola bilər. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,