Buça qətliamı: Aİ 19 Rusiya diplomatının geri göndərilməsi haqqında qərar qəbul edib
Aprel 7, 2022

Buça qətliamı: Aİ 19 Rusiya diplomatının geri göndərilməsi haqqında qərar qəbul edib


Aprelin 6-da Rusiyanın Aİ yanında daimi nümayəndəliyinin 19 üzvü diplomatik statuslarına zidd fəaliyyət göstərdiklərinə görə “persona non-grata” elan edilib. Aİ bu qərarı Ukraynanın işğaldan azad edilmiş bir sıra şəhərlərində, xüsusilə də Buça şəhərində Rusiya silahlı qüvvələrinin törətdiyi vəhşiliklər barədə məlumatlar yayıldıqdan sonra qəbul edib. 

“Avropa İttifaqı Rusiya nümayəndəliyinin təyin olunmuş üzvlərinin Aİ və ona üzv ölkələrin maraqlarına və təhlükəsizliyinə qarşı qanunsuz və təxribatçı hərəkətlərinə cavab olaraq hərəkət edir. Bu hərəkətlər Diplomatik Münasibətlər haqqında 1961-ci il Vyana Konvensiyasını pozur”, – Avropa Xarici Fəaliyyət Xidmətinin (EEAS) mətbuat üçün açıqlamasında belə deyilir.

EEAS-ın baş katibi Stefano Sannino Rusiya Federasiyasının Avropa İttifaqındakı səfiri Vladimir Çijovu bu qərarı ilə bağlı məlumatlandırmaq üçün onunla görüşüb.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,