Azərbaycanda gənclər arasında məşğulluğun və sahibkarlığın təşviqi məqsədilə yeni EU4Youth proqramının icrasına başlanıb 
İyun 24, 2022

Azərbaycanda gənclər arasında məşğulluğun və sahibkarlığın təşviqi məqsədilə yeni EU4Youth proqramının icrasına başlanıb 


Şərq Tərəfdaşlığı ölkələrində gənclər arasında məşğulluğun və sahibkarlığın təşviqinə yönəlmiş “EU4Youth: Gənclərin Məşğulluğu və Sahibkarlığı” adlı regional proqramın rəsmi olaraq Azərbaycanda icrasına başlanıb.  

2022-2024-cü illəri əhatə edəcək bu proqram Aİ tərəfindən maliyyələşdirilir və gənclərə karyera sahəsində idarəetmə bacarıqlarını təkmilləşdirməyə və gənclərin məşğulluğu ilə bağlı dövlət, özəl və qeyri-hökumət sektorları arasında dialoq qurmağa kömək məqsədi daşıyır. Proqram xüsusilə siyasətdə və əmək bazarında aparıcı institutların potensialının artırılmasına yönələcək.

Müxtəlif oyunçular arasında tərəfdaşlığı inkişaf etdirməklə, institusional bacarıqların inkişafı üzrə xüsusi alətlər təqdim etməklə və gənclərin karyera idarə etmə bacarıqlarını inkişaf etdirməklə onların məşğulluğuna dair siyasətlərdə müsbət dəyişikliklərə səbəb olmaq bizim üçün əla fürsətdir”. Bunu Azərbaycanın Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva Bakıda keçirilən layihənin açılışı mərasimində bildirib.

Oxşar açılış mərasimləri artıq Ermənistanda, Gürcüstanda və Moldovada keçirilib. Aİ və Litva Xarici İşlər Nazirliyi tərəfindən birgə maliyyələşdirilən bu proqram Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) Litva Layihələrin İdarə Edilməsi üzrə Mərkəzi Agentliyi (CPMA) tərəfindən icra olunur.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,