Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və fə allar üçün pulsuz onlayn kurslar 
Dekabr 7, 2022

Şərq Tərəfdaşlığı ölkələrində vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və fə allar üçün pulsuz onlayn kurslar 


Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən ŞT Vətəndaş Cəmiyyəti Proqramı layihəsi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və fəalları üçün FutureLearn və TechSoup platformalarında pulsuz kurslardan yararlanmaq imkanı yaradır. 

Maraqlanan şəxslər FutureLearn platformasında mövcud olan 3 500-dən artıq kurs, yaxud TechSoup platformasında mövcud olan kursların siyahısında axtarış edərək layihənin tərəfdaşları tərəfindən təqdim olunan onlayn kurslara qoşula bilərlər. Onlar giriş haqqı 75 avro və ya daha az olan maksimum üç kurs seçə biləcəklər. Bu kurslar vətəndaş cəmiyyəti fəallarının potensialını artırmağa yönəlmişdir.

Daha sonra bu formadan istifadə etməklə seçilən kurslar və onların uyğunluğu barədə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramına məlumat vermək tələb olunur. Sınaq müddəti ərzində maksimum iki ərizə təqdim etmək mümkündür. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Dekabr 31, 2022

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,