Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilən ŞT Vətəndaş Cəmiyyəti Proqramı layihəsi Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarının nümayəndələri və fəalları üçün FutureLearn və TechSoup platformalarında pulsuz kurslardan yararlanmaq imkanı yaradır.
Maraqlanan şəxslər FutureLearn platformasında mövcud olan 3 500-dən artıq kurs, yaxud TechSoup platformasında mövcud olan kursların siyahısında axtarış edərək layihənin tərəfdaşları tərəfindən təqdim olunan onlayn kurslara qoşula bilərlər. Onlar giriş haqqı 75 avro və ya daha az olan maksimum üç kurs seçə biləcəklər. Bu kurslar vətəndaş cəmiyyəti fəallarının potensialını artırmağa yönəlmişdir.
Daha sonra bu formadan istifadə etməklə seçilən kurslar və onların uyğunluğu barədə Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Proqramına məlumat vermək tələb olunur. Sınaq müddəti ərzində maksimum iki ərizə təqdim etmək mümkündür.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,