Youth4Regions: Aİ gənc jurnalistlər üçün proqram həyata keçirir
Aprel 24, 2023

Youth4Regions: Aİ gənc jurnalistlər üçün proqram həyata keçirir


Avropa Komissiyası Şərq Tərəfdaşlığı ölkələrindən jurnalistika sahəsində təcrübəyə malik gənc jurnalistləri 7-13 oktyabr 2023-cü il tarixlərində keçiriləcək Youth4Regions proqramında iştirak etməyə dəvət edir. Proqram Belçikanın Brüssel şəhərində baş tutacaq.

Youth4Regions proqramı jurnalistika ixtisası üzrə təhsil alanları və gənc jurnalistləri Aİ-nin onların yaşadıqları regionlardakı fəaliyyəti barədə maarifləndirir. 

Proqram jurnalistika və Aİ-nin Yaxınlaşma Siyasəti üzrə təlim, yerli tanınmış jurnalistlər tərəfindən mentorluq, Aİ-nin Regionlar Həftəsi zamanı tanınmış jurnalistlərlə çiyin-çiyinə çalışmaq və Aİ institutlarına səfər etmək imkanı təklif edir. İştirakçılar həmçinin jurnalist kimi Avropa Komissiyasının Aİ-yə üzv dövlətlərinə səfər etmək imkanı əldə edəcəklər.

Yerləşmə, qidalanma və səyahət xərcləri Avropa Komissiyası tərəfindən qarşılanır. Ərizə ilə müraciət etmək üçün son tarix 10 iyuldur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

İyul 10, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,