Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti təşkilatları üçün qrantlar
Fevral 6, 2025

Şərq Tərəfdaşlığı vətəndaş cəmiyyəti təşkilatları üçün qrantlar


Transatlantik Fondu (TF) ABŞ-ın Alman Marşal Fondunun Qara Dəniz Regional Əməkdaşlıq Proqramı ilə birgə Şərq Tərəfdaşlığı ölkələrində fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatlarından (VCT-lər) layihə təkliflərinin qəbuluna başlayıb. Məqsəd ŞT regionunda yerləşən VCT-lərin dayanıqlığının artırılmasına yönəlmiş proqramların həyata keçirilməsidir. 

Layihə təkliflərinin qəbuluna Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Transatlantik Fondunun (TF) rəhbərlik etdiyi “Şərq Tərəfdaşlığında Vətəndaş Cəmiyyətinin Dayanıqlığının Artırılması (ERICS-EaP) layihəsi çərçivəsində başlanıb.

Əsas məqsəd VCT-ləri geosiyasi, dezinformasiya və ya rəqəmsal təhlükəsizlik və ya hər bir ölkəyə xas çətinliklər (daxili siyasi, hüquqi məhdudiyyətlər, siyasi mədəniyyət və s.) daxil olmaqla regionda mövcud çətinliklərin təsirini azaltmaq üçün VCT-ləri lazımi bilik və bacarıqlarla təmin etməkdir.

VCT-lər potensialın artırılmasına yönəlmiş müxtəlif tədbirlərin maliyyələşdirilməsi üçün müraciət edə bilərlər. Transsərhəd fəaliyyətlər və şəbəkələrin qurulması üzrə layihələr arzuolunandır.

Bu layihə təkliflərinin qəbulunda maksimum altı ay müddətini əhatə edən layihələr üçün 20 000 avro qrant yardımının ayrılması nəzərdə tutulur.

Müraciətlərin təqdim olunması üçün son tarix mart ayının 1-dir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Mart 1, 2025

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,