Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Fondu Avropa İttifaqı tərəfindən maliyyələşdirilən təqaüd proqramını yenidən həyata keçirməyə başlayıb. Fond Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan təşəbbüskar vətəndaşları və fəalları Vətəndaş Cəmiyyəti Təqaüdləri Şəbəkəsinə qoşulmağa dəvət edir.
Təqaüdlər, yaşadıqları icmalarda müsbət sosial dəyişikliklərə rəhbərlik etmək, icmalar və hakimiyyət orqanları ilə konstruktiv əlaqələr qurmaq və ŞT ölkələrində islahatlara töhfə vermək üçün bacarıqlarını artırmaq istəyən şəxslərə dəstək vermək məqsədi daşıyır.
Seçilmiş namizədlər fərdi təlimlərə cəlb olunacaq və layihələrinin həyata keçirilməsi üçün 5 000 avro vəsait alacaqlar.
Bu müsabiqə iki növ təqaüd təklif edir: Ümumi təqaüdlər və Rəqəmsal təqaüdlər (xüsusi olaraq cəmiyyətə fayda vermək üçün texnologiyadan istifadə edən İT mütəxəssisləri üçün nəzərdə tutulub).
Müsabiqədə Şərq Tərəfdaşlığı ölkələrindən 18 yaşdan yuxarı ingilis dilini mükəmməl bilən bütün vətəndaşlar iştirak edə bilər.
Ərizələrin son qəbulu tarixi 17 yanvar 2022-ci ildir.
2017-ci ildən etibarən layihə hər il 20 gənc vətəndaş cəmiyyəti fəalını seçərək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Təqaüd Proqramını həyata keçirir. Hazırda proqram öz fəaliyyətini genişləndirib və növbəti üç il ərzində daha 120 təqaüd proqramı iştirakçısını dəstəkləməyə hazırdır.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,