Beynəlxalq Jurnalist Proqramı (Internationale Journalisten-Programme / IJP) Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan gənc jurnalistləri Marion Qrafin Dönhoff adına təqaüd proqramında iştirak etməyə dəvət edir.
İki ay ərzində (oktyabr-noyabr) bu ölkələrin gənc jurnalistləri və bloggerləri Almaniya KİV-lərinin birində təcrübə keçmək imkanı qazanacaqlar. Bu, onlara Almaniyadakı siyasət, iqtisadiyyat, mədəniyyət və sosial həyat haqqında məlumat almaq imkanı verəcək. Onlar Alman jurnalistika standartları və prinsipləri ilə tanış olacaqlar.
Proqram iştirakçılarına 3 800 avrodan ibarət birdəfəlik təqaüd veriləcək. Bununla onlar Almaniyada səyahət, yaşayış və yemək, tibbi sığorta və viza xərclərini qarşılaya biləcəklər. KİV-də görülən işlər üçün heç bir ödəniş verilməyəcək.
Proqram uzun illər Almaniyanın milli həftəlik “Die Zeit” qəzetinin naşiri olmuş Marion Dönhoffun (1909 – 2002) adını daşıyır.
Müraciət üçün son tarix iyunun 25-dir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,