Bu təlim modulu Şərq Tərəfdaşlığı ölkələrində gənclərin iştirakı, gənclərlə işdə bərabərlik və müxtəlifliyə yönəlmiş interaktiv və təcrübəyə əsaslanan metod və vasitələri tədqiq edir.
O, gənclərlə işləyənlərin, gənc müəllimlərin və gənc təlimçilərinin bərabərlik, müxtəliflik və inklüzivlik məsələləri üzrə bacarıqlarını inkişaf etdirməyə yönəlib və gənc mütəxəssislərin təşkilatlarında və gənclərlə işlərində daha əhatəli və fərqli bir mühit yaratmalarına kömək etmək üçün strategiya və təlimatlar təmin edir.
Təlim moduluna 12 təlim sessiyası və bunlarla bağlı materiallar, təqdimatlar, videolar və çalışmalar daxildir. Sessiyalar iştirakçıları bərabərlik, müxtəliflik və inklüzivlik haqqında ümumi məlumatlar vasitəsilə istiqamətləndirir və gənclərlə işi daha inklüziv etmə yollarını tanımalarına, anlamalarına və inkişaf etdirmələrinə kömək edir. Eyni zamanda Şərq Tərəfdaşlığı ölkələrində gənc icmalara inteqrasiyanı təşviq etmək üçün təbliğatı necə aparmağı və fəaliyyətləri necə planlaşdırmağa dair həllər və təkliflər təqdim edir.
12 bölmədən ibarət bu kurs “InclusiON NOW! Şərq Tərəfdaşlığı ölkələrində inklüziv gənclər işinin inkişafı” Şərq Tərəfdaşlığı ölkələrində və Avropa İttifaqında yerləşən 8 vətəndaş cəmiyyəti təşkilatından ibarət konsorsium tərəfindən icra olunan layihə çərçivəsində həyata keçirilir. Ermənistanın Mütərəqqi Gənclər qeyri-hökumət təşkilatının rəhbərliyi altında icra olunan layihə Avropa İttifaqı tərəfindən regionda vətəndaş cəmiyyətinə dəstəyin bir hissəsi kimi maliyyələşdirilən Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun (FSTP) təkrar qrant proqramı çərçivəsində maliyyə dəstəyi alıb.
Təlim modulunu endirmək mümkündür.
Daha çox öyrən:





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,