İnternet İdarəçiliyi üzrə Avropa Dialoqu (EuroDIG) Birləşmiş Millətlər Təşkilatının İnternet İdarəçiliyi Forumunun (IGF) Avropa regional tədbiridir.
Tədbir internetin gələcəyini müzakirə etmək üçün Avropa qitəsinin hər yerindən həm əyani, həm də onlayn formatda 600−900 maraqlı tərəfi bir araya gətirir. Müzakirələr nəticəsində əldə olunan müraciətlər dərc olunaraq Avropa Komissiyasına, Avropa Şurasına, BMT-nin İnternet İdarəçiliyi Forumuna və digər qurumlara təqdim edilir.
Təşkilatçı rəqəmsal siyasətlər üzrə aktual müzakirələrə qoşulmaq, “EuroDIG”-ə fəal töhfə vermək üçün praktiki potensialın artırılması üzrə təlimlərdə iştirak etmək və həmyaşıdları ilə əlaqələr qurmaq məqsədilə Avropanın hər yerindən 18–30 yaş arası həvəsli gənclərin tədbirdə iştirakını tam maliyyələşdirir.
Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna gəncləri tədbirdə iştirak edə bilərlər.
Bu il “EuroDIG” 26–27 may 2026-cı il tarixlərində Avropa Komissiyasının Brüsseldəki “Charlemagne” binasında keçiriləcək. Tədbirə “.eu” domen adının reyestri olan “EURid” ev sahibliyi edəcək. Bu tədbir həm də etibarlı rəqəmsal identifikasiyanın iki onilliyinin simvolu olan “.eu” domeninin 20 illiyinə təsadüf edir.
İnternet İdarəçiliyi üzrə Gənclər Dialoqu (YOUthDIG) Avropanın hazırki rəqəmsal siyasətləri və aktual məsələləri ilə tanış olmaq, “EuroDIG”-də fəal iştirak etmək üçün potensialın artırılması üzrə təlimlərdə iştirak etmək, mədəniyyətlərarası fəaliyyətlərə qatılmaq və gənclərin müzakirələrə töhfə verməsini təmin etmək məqsədilə Avropanın hər yerindən 18–30 yaş arası gənclərin “YOUthDIG” və “EuroDIG” tədbirlərində iştirakını tam maliyyələşdirir.
Proqram 4 onlayn vebinarla öz işinə başlayır, ardınca 3 günlük əyani proqram keçirilir və sonra “EuroDIG” tədbiri start götürür.
Müraciətlərin qəbulu üçün son tarix 16 fevral 2026-cı il, saat 23:59-dur (Mərkəzi Avropa vaxtı ilə).
Təşkilatçılar internet idarəçiliyi sahəsinə yeni qoşulan şəxslərin, əvvəllər heç bir təcrübəsi olmayan və ya konkret sahələrdə (məsələn, süni intellekt, kibertəhlükəsizlik, hüquq, incəsənət, kommunikasiya, biologiya, tibb və s.) çalışan və rəqəmsallaşmanın yaxud internet üzrə siyasətlərin onların sahəsinə necə təsir edəcəyi barədə biliklərini artırmaq istəyənlərin müraciətlərinə üstünlük verəcəklər.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,