Beynəlxalq gənclər təşəbbüsü olan “#YCM Challenge” dünyanın dörd bir yanından 16–27 yaş arası gəncləri qlobal problemlərin həlli istiqamətində öz layihələrini hazırlamağa və təqdim etməyə çağırır. Avropa İttifaqının “Erasmus+” proqramı tərəfindən birgə maliyyələşdirilən bu fəaliyyət gənclərə üç əsas istiqamət (ekoloji dayanıqlıq, təhsil, hüquqlar və rifah) üzrə icma əsaslı praktiki həllər hazırlamaq imkanı yaradır.
“#YCM Challenge” layihəsi 2–26 mart tarixlərində dünyanın müxtəlif ölkələrindən olan gənclərdən ibarət silsilə müzakirə qrupları ilə öz işinə başlayacaq. Bundan sonra iştirakçılar beynəlxalq komandalar (ən azı iki nəfərdən ibarət) yaradaraq müəyyən edilmiş problemlərə innovativ həll yolları hazırlayacaq və 8–30 aprel tarixlərində layihələrini beynəlxalq ekspertlərdən ibarət münsiflər heyətinə təqdim edəcəklər.
Layihənin son mərhələsi olan “#YCM in Action” (YCM fəaliyyətdə) çərçivəsində isə iştirakçılar 2026-cı ilin may ayından dekabr ayınadək layihələrini bir və ya bir neçə məkanda tətbiq etmək üçün mentorluq dəstəyi alacaqlar. Ən yaxşı ideyaların reallaşdırılması üçün ilkin olaraq 400 avro maliyyə vəsaiti ayrılacaq. Məqsəd layihələrin və ya prototiplərin hazırlanmasını və icrasını dəstəkləməkdir.
Müraciət etmək üçün bu onlayn formanı doldurun.
Müraciətlərin qəbulu üçün son tarix 27 fevraldır.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,