
Polşanın Lyubnyanı şəhərində yerləşən “Nağıllar meşəsi” (Fairy Tale Forest) adlı fond Şərq Tərəfdaşlığı ölkələrindən könüllüləri fondun səkkiz həftəlik könüllülük fəaliyyətində iştirak etməyə dəvət edir. Könüllük fəaliyyəti 30 iyun tarixinə qədər davam edəcək.
“Nağıllar meşəsi” meşədə yerləşən alternativ uşaq bağçasıdır və burada uşaqların təbiətlə harmoniyada və zorakılıq olmadan (qeyri-zorakı ünsiyyət) təbii şəkildə inkişaf etmək imkanı var. Hazırda on iki uşaq gündəlik səhər dərnəyində, ətraf meşələrə və çəmənliklərə ekskursiyalarla yanaşı, bir çox fəaliyyətlərdə (yemək bişirmək, at sürmək, qonaq ziyarəti və s.) iştirak edirlər.
Hər bir könüllü kənddə ayrıca otaqda yerləşdiriləcək və 500 zlot cib pulu alacaq. O, həmçinin səyahət xərcləri üçün əlavə 120 avro alacaq.
Müraciət üçün son tarix 31 yanvardır.
Daha ətraflı öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.

Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,
We use cookies and similar technologies to improve your experience on our website.