
Trans-Avropa Siyasət Araşdırmaları Assosiasiyası (TEPSA) Avropanın gələcəyi və Aİ-nin genişlənməsi məsələlərində maraqlı olan hər kəsi “Avropa qitəsini hansı gələcək gözləyir?” adlı müsabiqədə iştirak etməyə, genişlənən Aİ-də vəd edilən imkanlar barədə ictimai müzakirələrə töhfə vermək üçün öz ideya və baxışlarını bölüşməyə dəvət edir.
TEPSA Avropanın gələcəyi və Aİ-nin genişlənməsi mövzusuna həsr olunmuş üç kateqoriya üzrə müraciətləri qəbul edir: yazılı esselər (maksimum 2000 söz), poeziya (şeirlər 500 sözdən çox olmamalıdır) və audiovizual işlər (2 dəqiqəyədək).
Müsabiqədə Avropanın gələcəyi və Aİ-nin genişlənməsi məsələləri ilə maraqlanan, 18 yaşına çatmış tələbələr, gənc mütəxəssislər və digər bütün maraqlanan şəxslər iştirak edə bilərlər. İştirak üçün vətəndaşlıq və yaşayış yeri məhdudiyyəti yoxdur.
Müsabiqənin üç qalibi 2026-cı il noyabrın 4–5-də Brüsseldə keçiriləcək “InvigoratEU” final konfransına dəvət olunacaq və onların 500 avroyadək yol və yaşayış xərcləri qarşılanacaq.
Qaliblərin işləri “InvigoratEU” konsorsiumunun iclasında təqdim olunacaq, həmçinin TEPSA tərəfindən onlayn platformalarda işıqlandırılaraq Aİ-nin genişlənməsi sahəsində aparıcı tədqiqatçılar, siyasətçilər və mütəxəssislərə nümayiş etdiriləcək.
Müraciət üçün son tarix 24 iyuldur.
Mərkəzi qərargahı Brüsseldə yerləşən və bütün Avropa üzrə aparıcı tədqiqat institutlarını birləşdirən TEPSA, Aİ məsələləri sahəsində yaradılmış ilk araşdırma şəbəkəsidir. Hazırda bu şəbəkə 37 Avropa ölkəsində fəaliyyət göstərən 51 üzv institut və Assosiasiya olunmuş üzvdən ibarətdir.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.

Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,
We use cookies and similar technologies to improve your experience on our website.