
Keçən ilin yayında Avropa İttifaqı, Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) və Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən başlanan “Özün yarat” (‘Do It Yourself’) müsabiqəsi noyabrın 15-də başa çatacaq.
EU4Climate regional təşəbbüsü çərçivəsində keçirilən müsabiqənin məqsədi Azərbaycanda daha çox insanı adi halda atacağı məhsulları yenidən istifadəyə təşviq etməkdir.
Ozun Yarat platforması vasitəsilə tullantıların istifadəyə yararlı məhsullara çevrilməsi ilə bağlı ən yaxşı ideyalar göndərən iştirakçılara 1 500 AZN-ə qədər mükafat veriləcək.
BMTİP və Aİ-nin Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əməkdaşlığı çərçivəsində yaradılan və maliyyələşdirilən “Özün Yarat” platforması ilk dəfə 2020-ci ildə istifadəyə verilərək ölkədə tullantıların və ətraf mühitə digər zərərli təsirlərin azaldılmasının effektiv yolu kimi yenidən istifadənin təbliğ etməyə kömək etmişdir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.

Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,
We use cookies and similar technologies to improve your experience on our website.