
EU4Digital təşəbbüsünün “EdTech Hub” proqramı elektron kommersiya, rəqəmsal marketinq və ya biznes proseslərinin rəqəmsallaşdırılması sahələrində çalışan təşkilatlar arasında potensial tərəfdaşlar axtarır.
Bu ilin mart ayında icra olunmağa başlayan bu proqram Şərq Tərəfdaşlığı ölkələrində 1 milyon vətəndaşın və 500 000 KOB-un rəqəmsal texnologiyalar üzrə səlahiyyələndirilməsinə kömək etməyi nəzərdə tutur.
Proqram çərçivəsində Şərq Tərəfdaşlığı (ŞT) regionda fəaliyyət göstərən kiçik və orta sahibkarlıq müəssisələrinin (KOB-lar) ehtiyaclarına uyğun veb əsaslı və istifadəsi asan kursların təqdim olunduğu rəqəmsal təlim platforması istifadəyə verilib. EdTech Hub proqramı çərçivəsində kurslara 2023-cü ilin iyul ayında başlanması planlaşdırılır.
Əgər siz Şərq Tərəfdaşlığı ölkələrində rəqəmsal bacarıqların təkmilləşdirilməsinə kömək etmək istəyirsinizsə, [email protected] vasitəsilə proqrama qoşula bilərsiniz.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.

Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,
We use cookies and similar technologies to improve your experience on our website.