EU4Business: Şərq Tərəfdaşlığı ölkələrindəki biznesə dəstək təşkilatları və KOB-lar üçün yerdəyişmə proqramı
Yanvar 25, 2023

EU4Business: Şərq Tərəfdaşlığı ölkələrindəki biznesə dəstək təşkilatları və KOB-lar üçün yerdəyişmə proqramı


Aİ tərəfindən maliyyələşdirilən “EU4Business: şirkətlərin əlaqələndirilməsi” layihəsi 2023-cü ilin fevral və may ayları arasında Şərq Tərəfdaşlığı ölkələrində və Aİ-də fəaliyyət göstərən 50 biznesə dəstək təşkilatı (BDT) və 35 kiçik və orta sahibkarlıq müəssisəsinin (KOB) işçi heyəti arasında yerdəyişmə proqramı həyata keçirəcək. Proqram iştirakçıları şəbəkələrin qurulmasına yönəlmiş prosedurlar, vasitələr və qabaqcıl təcrübələrini bölüşəcəklər.

KOB-lar arasında mübadilə proqramının bir ay davam edəcəyi, BDT-lər arasındakı mübadilə proqramının isə bir və ya iki ay davam edəcəyi gözlənilir.

Ukraynanın Rusiya tərəfindən işğalı səbəbindən Ukraynadan olan KOB və BDT-lərin ərizələrinə üstünlük veriləcək. Ukraynalı ərizəçilərin müraciət zamanı Ukraynada olmaları və mübadilə üçün təsdiqləndikdən sonra Ukraynanı tərk etmələri tələb olunmur. Ukraynalı ərizəçilər Ukraynada olmadıqları halda, mübadilə üçün başqa ölkəyə getməli olacaqlar.

Ərizələrin təqdim olunması üçün son tarix martın 1-dir.

Daha çox öyrən

Əlavə olaraq, 2023-cü ildə layihə tərəfindən aşağıdakı yeni fəaliyyətlər işlənib hazırlanacaq:

–  BDT-lər üçün tur

Şərq Tərəfdaşlığı ölkələrindən olan 35 BDT şəbəkələrin qurulması və ya genişləndirilməsi üzrə 5 günlük tədbirdə iştirak edəcəklər. 

Daha çox öyrən

– KOB-lar üçün İxrac Akademiyası

Şərq Tərəfdaşlığı ölkələrindən olan KOB-ların ixrac potensialını artırmaq üçün onlar üçün bir sıra vebinarlar təşkil olunacaq. Bir sıra tədbirlər arasında Beynəlxalq Ticarət Mərkəzi (ITC) Şərq Tərəfdaşlığı Ticarətə Dəstək Platformasını təqdim edəcək. Bu, EU4Business proqramının bir təşəbbüsüdür və sahibkarlıq müəssisələrinə ixrac imkanlarını müəyyən etməyə kömək edir, o cümlədən Aİ və regional bazar qaydalarına dair əsas məlumatlara çıxışı təmin edir.

Daha çox öyrən

– Sektor üzrə məlumat xarakterli səfərlər 

Layihənin əhatə etdiyi beş sektorun hər biri üzrə Şərq Tərəfdaşlığı regionundan 25 KOB-un cəlb olunduğu məlumat xarakterli səfərlər təşkil olunacaq. Proqramda mövcud beynəlxalq ticarət sərgiləri ilə yanaşı, 5 gün ərzində B2B formatında mübadilə və görüşlər nəzərdə tutulub.

Daha çox öyrən

EU4Business: şirkətlərin əlaqələndirilməsi  EU4Business təşəbbüsü çərçivəsində maliyyələşdirilir və Eurochambres tərəfindən icra olunur. İcra müddəti 2023-cü ilə qədər uzadılan layihənin məqsədi Şərq Tərəfdaşlığı ölkələrində dayanıqlı iqtisadi inkişafı stimullaşdırmaq və iş yerlərinin yaradılmasını dəstəkləməkdir. B2B görüşlər, tvinninq və məlumat xarakterli səfərləri vasitəsilə Şərq Tərəfdaşlığı ölkələrindən olan KOB-lar və BDT-lər Aİ-dəki həmkarları ilə əlaqələr qurur. Layihə xüsusi olaraq beş əsas sektoru diqqətdə saxlayır: şərab, bio və orqanik qida, turizm, tekstil və yaradıcı sənayelər.

Daha çox öyrən

Yerdəyişmə proqramı

18 yanvar 2023-cü il tarixli sessiya üçün qeydiyyat

BAĞLANIŞ TARİXİ:

Mart 1, 2023


Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,