Avropa Komissiyasında təcrübə proqramına qoşulun – ərizələrin qəbuluna başlanıb
24 İyul 2026

Avropa Komissiyasında təcrübə proqramına qoşulun – ərizələrin qəbuluna başlanıb


Avropa Komissiyası 2027-ci ilin mart və iyul ayları arasında keçiriləcək Blue Book təcrübə proqramı üçün ərizə qəbuluna başlayıb.

Blue Book təcrübə proqramı Avropa Komissiyası tərəfindən təşkil olunan beşaylıq ödənişli təcrübə proqramıdır. O, dünyanın hər yerindən olan gənc məzunları Aİ siyasətinin formalaşması və idarə edilməsi sahəsində praktiki təcrübə ilə təmin edir. 

2027-ci ilin mart ayında başlayacaq sessiya beş ay davam edəcək və ərizə ilə müraciət edən şəxslərə Brüssel, Lüksemburq və Aİ-nin 27 üzv dövlətindəki milli ofisləri daxil olmaqla, Avropa Komissiyasının bir çox şöbələri, xidmətləri və agentliklərində mövcud təxminən 1000-ə yaxın vəzifəyə müraciət etmək imkanı verəcək.

Bütün Aİ ölkələrinin vətəndaşları seçim kriteriyalarına uyğundur və məhdud sayda yerlər seçilmiş Baş Direktorluqlarda və ya Xidmətlərdə Şərq Tərəfdaşlığı ölkələrindən olan şəxslər daxil olmaqla, Aİ-yə üzv olmayan ölkələrin vətəndaşları üçün nəzərdə tutulub.

Təcrübə proqramının iki forması var: Tərcümə üzrə Baş Direktoratına (DGT) daxil olan inzibati və tərcüməçi üzrə təcrübə proqramları. Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzində (JRC) tədqiqat üzrə təcrübə proqramları da mövcuddur.

Müraciət edənlər üçün heç bir yaş məhdudiyyəti yoxdur. Onlar 3 illik ali təhsili bitirməli və Aİ-nin ən azı iki rəsmi dilini bilməlidir. Bu dillərdən biri mütləq şəkildə ingilis, fransız və ya alman dili olmalıdır. Proqram ilk dəfə olaraq peşə təhsili və təlimi məzunları üçün də açıqdır. Buna görə də universitetdə oxumayanlar da müraciət etmək hüququna malikdir.

Təcrübə proqramı iştirakçılarında Avropaya dair məsələlər ilə bağlı geniş dünya görüşünə malik olmaq, Avropa Komissiyasının fəaliyyətinə maraq göstərmək, fəal yanaşma və multikultural mühitdə işləmək istəyinin olması arzuolunandır.

Seçilmiş şəxslər yaşayış xərclərini ödəmək üçün 1535 avro qrant alacaqlar, lakin öz təşəbbüsləri ilə yaşayış yerlərini təşkil etmələri tələb olunacaq.

Təcrübəçinin gündəlik işi görüşlərdə, iş qruplarında və ictimai dinləmələrdə iştirak etmək və onları təşkil etmək, sənədləri araşdırmaq, vətəndaşların sorğularına cavab vermək və layihənin idarə edilməsini dəstəkləmək daxil olmaqla, müxtəlif tapşırıqlar toplusundan ibarətdir.

Müraciət prosesi Avropa Komissiyasının Autentifikasiya Xidməti (Aİ logini) vasitəsilə həyata keçiriləcək və müraciət edən şəxslər burada qeydiyyatdan keçməlidirlər.

Müraciətlərin qəbulu üçün son tarix 4 sentyabr, saat 10:00-dur (Brüssel vaxtı ilə).

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

Blue Book təcrübə proqramı 

Avropa Gənclər Portalı – Blue Book təcrübə proqramına necə müraciət etməli 

Aİ təsisatları, qurumları və agentliklərində təcrübə proqramları

Vizual hekayə: Gənclər naminə Avropa 

BAĞLANIŞ TARİXİ:

04 Sentyabr 2026


ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,