“Enerji İcması Yay Məktəbi 2026”-da iştirak edərək enerji liderlərinə qoşulun
Yanvar 23, 2026

“Enerji İcması Yay Məktəbi 2026”-da iştirak edərək enerji liderlərinə qoşulun


Enerji İcması Katibliyi 10-cu dəfə keçiriləcək Enerji İcması Yay Məktəbi üçün müraciətlərin qəbuluna başlayıb. Tədbir bu dəfə 22–29 avqust 2026-cı il tarixlərində Albaniyanın paytaxtı Tiranada yerləşən Polis Universitetində keçiriləcək.

Universitet tələbələri (magistr və ya doktorantura), tədqiqatçılar və gənc mütəxəssislər üçün nəzərdə tutulmuş bu Yay Məktəbi enerji sistemləri, bazarlar və geosiyasət daxil olmaqla, “təmiz” enerjiyə keçidin texniki, iqtisadi, hüquqi, siyasi və dayanıqlılıq cəhətlərinin dərindən tədqiqinə həsr olunacaq.

Yay Məktəbinin akademik proqramı Albaniyanada energetika sahəsindəki hazırki vəziyyət və daha geniş Enerji icması haqqında ilkin mənbədən hərtərəfli məlumatın təqdim olunacağı mədəni komponent ilə tamamlanacaq.

Enerji İcması Katibliyi yay məktəbi ilə əlaqədar bütün xərcləri qarşılayır. Buraya mühazirələr, yerləşmə, ekskursiyalar və qidalanma daxildir. Seçilmiş iştirakçılar sadəcə yaşadıqları şəhərdən Yay Məktəbinin keçiriləcəyi məkana gəliş-gediş xərcini ödəməlidirlər.

Tədbirdə iştirak etmək üçün maksimum 40 nəfər seçiləcək.
 

İştirakçılar 35 yaşına qədər (1991-ci ildə və ya daha sonra dünyaya gəlmiş) şəxslər olmalıdır. Onlar İngilis dilində sərbəst danışıq və yazı qabiliyyətinə malik olmalı və Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna və ya digər iştirak hüququna malik ölkələrin vətəndaşı olmalıdırlar.

Müraciətlərin təqdim olunması üçün son tarix 31 martdır.

Daha çox öyrənin

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Mart 31, 2026

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,