“Copernicus Masters” müsabiqəsi: planetin müşahidəsi üzrə yaradıcı ideya müəlliflərinə 10 000 avroya qədər mükafat veriləcək 
May 4, 2022

“Copernicus Masters” müsabiqəsi: planetin müşahidəsi üzrə yaradıcı ideya müəlliflərinə 10 000 avroya qədər mükafat veriləcək 


Avropa Kosmik Agentliyi (ESA) kosmosa əsaslanan informasiya məhsulları və xidmətləri üzrə Yer planetinin beynəlxalq müşahidəsi bazarını inkişaf etdirməyə kömək edə bilən iştirakçıları bir araya gətirəcək “ESA Copernicus SpaceLeap Challenge” adlı müsabiqəyə start verib. 

Müsabiqə bütün dünyada, xüsusən də Avropada ətraf mühitin monitorinqi üzrə kosmos əsaslı infrastrukturu təmin etmək üçün Aİ və ESA-nın əsas təşəbbüsü olan “Copernicus Masters” proqramı çərçivəsində təşkil edilir. Avropadan kənardan, xüsusən də Şərq Tərəfdaşlığı regionundan (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) iştirakçılar müsabiqədə iştirak edə bilərlər. 

Qeyd olunan sahədə ən yaxşı həlləri təqdim edən üç iştirakçının hər birinə 5 000 avro məbləğində pul mükafatı veriləcək. Müsabiqənin əsas qalibinə isə 10 000 avro məbləğində pul mükafatı təqdim olunacaq.

Sözügedən müsabiqəyə yalnız Kopernik məlumatlarına daxil olmaq və Yer üzərində müşahidə məlumatlarını paylaşmaq üçün Kopernik Əməkdaşlıq Müqaviləsini imzalamış ölkələrdə daimi yaşayış yeri, qərargahı və ya vətəndaşlığı olan müəssisələrdən, elmi-tədqiqat müəssisələrindən və ya hüquqi cəhətdən yetkinliyə çatmış şəxslərdən gələn təkliflər qəbul olunacaq. 

Müraciət üçün son tarix iyul ayının 11-dir. 

Daha çox öyrən

Mətbuat üçün açıqlama

İMKANIN NÖVÜ



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,