Azərbaycanda peşə təhsilinə dəstək məqsədilə könüllülərin cəlb olunmasına başlanıb
Noyabr 3, 2023

Azərbaycanda peşə təhsilinə dəstək məqsədilə könüllülərin cəlb olunmasına başlanıb


Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən Azərbaycanda peşə təlimində innovasiyaların təşviqi işinə 80 könüllü cəlb olunacaq.

“Peşə könüllüsü” təşəbbüsü “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində həyata keçirilir və ölkədə gənclərin peşə təhsilinə cəlb edilməsi fəaliyyətlərinə dəstək xarakteri daşıyır.

Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan bütün peşə təhsili müəssisələrində təhsil alan və son 5 ildə məzun olan şəxslər peşə könüllüsü olmaq üçün bu təşəbbüsə müraciət edə bilərlər.

Maraqlanan şəxslər 13 noyabr 18:00-dək onlayn forma vasitəsilə müraciət etməlidirlər. Müraciətçilər 25 noyabr tarixinə qədər müsahibəyə dəvət ediləcəklər. Seçilmiş namizədlər 1 dekabr tarixinədək məlumatlandırılacaqlar.

Seçilmiş könüllülər sosial təşəbbüslərdə və layihələrdə iştirak edə, təcrübə qazana və təşkilat və layihənin idarə edilməsi və planlaşdırılması kimi iş bacarıqlarını inkişaf etdirə biləcəklər.

Təşəbbüs çərçivəsində könüllülərin inkişafına yönəlik müvafiq təlim və tədbirlərin keçirilməsi, eləcə də kiçik miqyaslı sosial fəaliyyətlərin təşkili nəzərdə tutulur. 

Daha çox öyrən

Könüllülər üçün müsabiqə

BAĞLANIŞ TARİXİ:

Noyabr 25, 2023


ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,