Azərbaycanda cəmiyyətin ən həssas qruplarına dəstək: vətəndaş cəmiyyəti təşkilatları layihə təklifləri ilə müraciət edə bilər
Oktyabr 24, 2023

Azərbaycanda cəmiyyətin ən həssas qruplarına dəstək: vətəndaş cəmiyyəti təşkilatları layihə təklifləri ilə müraciət edə bilər


Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları Avropa İttifaqının (Aİ) maliyyə dəstəyi ilə icra olunan layihə çərçivəsində Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) elan etdiyi müsabiqədə iştirak etməyə dəvət olunurlar.

Müsabiqədə əhalinin ən həssas qrupları, xüsusilə fiziki məhdudiyyətli şəxslər və məcburi köçkünlərə yönəlmiş əsas dolanışıq vasitələrinin və bərpa yönümlü fəaliyyətlərin təmin edilməsində seçilmiş vətəndaş cəmiyyəti təşkilatlarına dəstək veriləcək. Sözügedən dəstək dolanışıq vasitələri və bərpa yönümlü tədbirlər, o cümlədən dolanışıq iş vasitələrinin təmin edilməsi, resursların bərpa edilməsi, məcburi köçkünlərin bacarıqlarının artırılması və yeni gəlir gətirən fəaliyyətlər, eləcə də mikro-sahibkarlıq subyektləri vasitəsilə yaşayış vasitələrinin şaxələndirilməsi formasında olacaq. 

Layihə təkliflərinin son qəbulu tarixi 8 dekabr 2023-cü ildir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Dekabr 8, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,