Avropa İttifaqının “Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinin gücləndirilməsi” tvinninq layihəsi çərçivəsində Aİ-nin Azərbaycandakı Nümayəndəliyi “Həyata yol ver!” adlı film müsabiqəsi elan edir.
Müsabiqənin keçirilməsində məqsəd yol hərəkətinin təhlükəsizliyi, yol-nəqliyyat hadisələrinin səbəb olduğu sosial nəticələr və düzgün davranış haqqında ictimaiyyəti məlumatlandırmaqdır.
Bu keçid vasitəsilə qeydiyyatdan keçməklə həm peşəkar, həm də həvəskar kinematoqraflar müsabiqədə iştirak edə bilərlər. Filmlərin müddəti 5 dəqiqəyədək ola bilər.
Ərizə ilə müraciət üçün son tarix 11 fevral 2024-cü ildir.
Müsabiqə Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Avropa İttifaqının Polşadakı Nəqliyyat Layihələri Mərkəzi və Litva Nəqliyyat Təhlükəsizliyi İdarəsi ilə birgə təşkil olunur.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,