Azərbaycan: peşə təhsil müəssisələrinin innovativ təşəbbüslərinin dəstəklənməsi üçün müsabiqə elan edilir – ərizələrin son qəbulu tarixi 30 noyabradək uzadılıb
Oktyabr 25, 2023

Azərbaycan: peşə təhsil müəssisələrinin innovativ təşəbbüslərinin dəstəklənməsi üçün müsabiqə elan edilir – ərizələrin son qəbulu tarixi 30 noyabradək uzadılıb


Avropa İttifaqı (Aİ), BMT-nin İnkişaf Proqramı (BMTİP) və Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) Azərbaycanda peşə təhsil müəssisələrinin innovativ təşəbbüslərinin dəstəklənməsi məqsədilə müsabiqə elan edir. Müsabiqə “Gələcək üçün peşə təhsili və təlimi” layihəsi çərçivəsində həyata keçirilir.

Peşə təhsil müəssisələri aşağıda sadalanan prioritet istiqamətlər üzrə layihə təkliflərini təqdim edə bilərlər: 

1) alternativ enerji, enerji resurslarından səmərəli istifadə və enerjidən istifadənin səmərəliliyinin artırılması; 

2) ətraf mühitin mühafizəsi və ekoloji problemlərin aradan qaldırılması üzrə innovativ həllərin yaradılması; 

3) qadınların və qızların, həmçinin sağlamlıq imkanları məhdud şəxslərin və digər həssas qrupların peşə təhsilinə cəlb edilməsi; 

4) kənd təsərrüfatının inkişafını dəstəkləyən layihələr.

“Gələcək üçün peşə təhsili və təlimi” layihəsi tərəfindən müsabiqədə qalib gəlmiş on layihənin icrası üçün tələb olunan material və avadanlıqlarla dəstəklənməsi nəzərdə tutulur. Hər bir layihə təklifinin maksimum büdcə məbləği 15 000 manat təşkil edir.

Ərizələrin son qəbulu tarixi 30 noyabr 2023-cü ildir.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Noyabr 30, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,