Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) 2026-cı il üçün Ədəbiyyat üzrə Mükafatına əsərlərin qəbuluna başlanıb.
Bu mükafat AYİB-in sərmayə yatırdığı ölkələrin hər hansı birinin dilində yazılmış və ingilis dilinə tərcümə edilmiş, keçən il ilk dəfə olaraq Avropa (Böyük Britaniya daxil olmaqla) və ya Şimali Amerika nəşriyyatında nəşr olunan ən yaxşı bədii əsərə təqdim olunur.
Bir müəllifə aid romanlar və ya qısa hekayələr toplusu 8 dekabr 2025-ci il tarixinə qədər qəbul ediləcək. Təqdim olunan əsərlər müstəqil münsiflər heyəti tərəfindən nəzərdən keçiriləcək.
Mükafatın qalibi 2026-cı ilin iyul ayının 2-də sözügedən bankın Londonda yerləşən baş ofisində keçiriləcək mükafatlandırma mərasimində elan ediləcək.
Müsabiqədə qalib gəlmiş kitab üçün təqdim olunacaq 20 000 avro dəyərində əsas mükafat müəlliflə tərcüməçi arasında bərabər bölüşdürüləcək.
Bu günə qədər bu Mükafata layiq görülənlər arasında Gürcüstan, Moldova və Ukraynadan müxtəlif ədəbiyyat nümunələri var.
AYİB-in 2022-ci il üzrə Ədəbiyyat Mükafatının qalibi tanınmış ukraynalı yazıçı və şair Serhiy Jadanın yazdığı “Uşaq evi” kitabı olub.
2023-cü ildə mükafatı almaq üçün təqdim olunmuş Ukraynalı yazıçı Volodımır Rafeyenkonun “Mondeqrin” adlı kitabı on finalçıdan ibarət siyahıya düşməyi bacarıb.
2024-cü ildə isə Ukraynalı yazıçı Andrey Kurkovun rus dilində yazdığı “Cimi Hendriks: Lvovda Canlı” adlı kitabı finalçıların siyahısında olub.
2025-ci ildə finalçılar arasında ukraynalı müəlliflərin iki kitabı (Artyom Çapeyin “Ukrayna” və Yuliya İlyuxanın “Mənim qadınlarım”) və moldovalı yazıçı Liliyana Korobkanın “Çox böyük bir səma” adlı kitabı olub.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,