Avropa Trans-sərhəd Qrant Proqramı trans-sərhəd araşdırmaları dəstəkləyəcək
Avqust 19, 2024

Avropa Trans-sərhəd Qrant Proqramı trans-sərhəd araşdırmaları dəstəkləyəcək


Avropa Trans-sərhəd Qrant Proqramı Avropa üçün aktual olan mövzularda transsərhəd araşdırmalar və tədqiqatlar üçün ideyalarını reallaşdırmağa hazır olan peşəkar jurnalistlərdən və/yaxud xəbər agentliklərinin əməkdaşlarından ibarət transsərhəd qrupları dəstəkləyir. Mövzular Avropadakı hədəf qruplarına uyğun olmalıdır. 

Avropa Trans-sərhəd qrantları Avropa İttifaqı, “Limelight” Fondu və “Vereniging Veronica”nın maliyyə dəstəyi ilə Journalismfund.eu tərəfindən təmin edilir.

Qrant üçün müraciət etmək məqsədilə araşdırılacaq mövzu, azı iki jurnalist və/və ya müstəqil media orqanından ibarət trans-sərhəd komanda və araşdırmanın nəticəsini dərc etməyə hazır Avropada fəaliyyət göstərən peşəkar xəbər agentliklərindən ən azı iki niyyət məktubu (bunlardan ən azı biri Aİ-də yerləşməlidir) lazımdır. Komanda Avropa Şurasının müxtəlif ölkələrindən, o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan iki jurnalist və ya media qurumundan ibarət olmalıdır.

Dəstəklənəcək bütün araşdırmalar arasında bölüşdürüləcək qrantın ümumi məbləği təxminən 225 000 avro təşkil edir. 

Qrantlar əmək və logistika, səyahət, sığorta, hüquqi yardım, tərcümə, texnologiya və məlumat dəstlərinə çıxış və s. kimi xərcləri əhatə edə bilər. 

Qrantla yanaşı, komandalar mentorluq üçün də müraciət edə bilərlər. 

Müraciət üçün son tarix 7 noyabrdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

Noyabr 7, 2024

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,