Avropa İttifaqının Narkotiklərlə bağlı Agentliyi (EUDA) və Lissabon Universitet İnstitutu (ISCTE-IUL) 2025-ci ildə Avropa Narkotiklər üzrə Qış və Yay Məktəblərində Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan mütəxəssislər, alimlər və ekspertlər üçün təqaüdlərin təqdim olunacağını elan edib.
Avropa Narkotiklər üzrə Qış Məktəbi (EDWS) (10-22 mart 2025-ci il, onlayn, cinayətlərin qarşısının alınması mövzusunda) və Avropa Narkotiklər üzrə Yay Məktəbi (EDSS) (24 iyun-4 iyul 2025-ci il, Lissabon, sintetik opioidlər mövzusunda) üçün iki təqaüdün verilməsi nəzərdə tutulub.
Təqaüdlərdə iştirakçıların qeydiyyat haqqı qarşılanır. EDSS üzrə təqaüddə Lissabona gediş və qayıdış xərcləri, eləcə də yerləşmə və yemək xərcləri qarşılanır.
Təqaüdlər Avropa İttifaqı tərəfindən maliyyələşdirilən EU4Monitoring Drugs II layihəsi çərçivəsində veriləcək.
Təqaüd proqramında iştirak üçün ərizələr Avropa Narkotiklər üzrə Qış Məktəbində (EDWS) 30 noyabr 2024-cü il və Avropa Narkotiklər üzrə Yay Məktəbində (EDSS) 28 fevral 2025-ci il tarixinədək qəbul edilir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,