Avropa İrs Günləri çərçivəsində mədəni irs ilə bağlı müsabiqə təşkil olunacaq
Yanvar 19, 2023

Avropa İrs Günləri çərçivəsində mədəni irs ilə bağlı müsabiqə təşkil olunacaq


Avropa İrs Günləri çərçivəsində mədəni irs ilə bağlı məqalələr təqdim etməklə yerli icmalar mədəni irslərinə aid xəzinələrini Avropanın digər icmaları ilə bölüşmək imkanı əldə edəcəklər. Bu müsabiqə Avropa Şurası və Avropa İttifaqının birgə fəaliyyəti nəticəsində Avropa İrs Günləri çərçivəsində keçirilir. Müsabiqənin qaliblərinə qrantların verilməsi nəzərdə tutulur. Məqsəd insanları Avropanın mədəni irsini paylaşmağa, Avropada vahid məkana aid olma hissini gücləndirməyə və yerli irsin Avropa ərazisində necə başa düşüldüyünə dair fikirləri bölüşməyə təşviq etməkdir.

Müsabiqədə Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna daxil olmaqla, Avropa İrs Günlərinin iştirakçı ölkələrindən olan icmalar iştirak edə bilər.

10 000 avroya qədər qrant üçün müraciət etmək hüququna malik olmaq məqsədilə iştirakçılar məqalə ilə birlikdə hər icma üzrə maksimum bir layihə təklifi təqdim etməlidirlər.

Məqalələri 28 fevral 2023-cü il tarixinədək onlayn ərizə forması vasitəsilə ingilis və ya fransız dillərində təqdim etmək tələb olunur.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Avropa İrs Günləri ilə bağlı müsabiqə 

BAĞLANIŞ TARİXİ:

Fevral 28, 2023

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,