Avropa Həmrəylik Korpusu: Budapeştdə Qlobal Startap Mükafatları üçün könüllü olmaq imkanı!
Fevral 13, 2024

Avropa Həmrəylik Korpusu: Budapeştdə Qlobal Startap Mükafatları üçün könüllü olmaq imkanı!


Qlobal Startap Mükafatları layihəsi Budapeştdəki gündəlik fəaliyyətlərinə dəstək məqsədilə 20 mart 2024-19 mart 2025 tarixləri arasında birillik müddətə İnnovasiya Layihəsində Köməkçi vəzifəsinə könüllü axtarır. Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynadan olan 18-30 yaş arası gənclər iştirak edə bilər.

Könüllü baza məlumatlarının təhlili ilə bağlı tapşırıqların yerinə yetirilməsində marketinq, biznesin inkişafı, İT və məlumatların təhlili üzrə komandalara dəstək verəcək. Seçilmiş şəxslərlə virtual görüşlər keçiriləcək, telefon və e-poçt vasitəsilə əlaqə saxlanılacaq.

Bu vəzifə üçün ən ideal şəxs aktiv, yeni əlaqələr qurmaqda maraqlı, o cümlədən şəxsi inkişafı üçün açıq, digər dil və mədəniyyətlər öyrənməkdə xüsusi maraqlı olmalıdır. Yaxşı ünsiyyət qurmaq bacarığı, yerli icmalarla qarşılıqlı əlaqələr qurmağa həvəsli, həm sahədə, həm ofisdə işə dəstək verməyə hazır, eləcə də beynəlxalq əlaqələr, demokratiya və beynəlxalq siyasətdə maraq da arzuolunandır.

Könüllü bütün kommunal xidmətlərin olduğu ortaq istifadə üçün nəzərdə tutulmuş mənzillə təmin olunacaq və ona hər ay 120 000 HUF (təxminən 310 avro) pul vəsaiti veriləcək və nəqliyyat xərcləri qarşılanacaq. Könüllünün Macar dilini öyrənə bilməsi üçün Aİ-nin Onlayn Dil Dəstəyi alətindən istifadə etmək imkanı olacaq.

Macar Milli Agentliyi könüllü ölkəyə gələn kimi və daha sonra təlim, fəaliyyətlərdən əvvəl, ərzində və sonra dəstək, qiymətləndirmə görüşləri, mentorlar və supervayzerlərdən dəstək və könüllünün ehtiyac duyduğu təqdirdə əlavə sertifikatlar və ya tövsiyə məktubları təmin edəcək.

Ərizələr 1 mart 2024-cü il tarixinədək qəbul ediləcək.

Qlobal Startap Mükafatları (GSA) 120-dən artıq ölkədə keçirilən proqram və tədbirlərlə dünyanın ən böyük müstəqil startap müsabiqəsidir. Onun məqsədi qlobal səviyyədə sahibkarlığa ruhlandırmaq, həvəsləndirmək və dəyərləndirməkdir. Son müsabiqə zamanı 28 000 startap layihəsi bu mükafat üçün irəli sürülüb və 210 000 səs toplayıb.

Daha çox öyrən

Avropa Həmrəylik Korpusunun Qeydiyyat Səhifəsi Page

BAĞLANIŞ TARİXİ:

Mart 1, 2024


ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,