Avropa Həmrəylik Korpusu: Azərbaycanlılar və ukraynalılar üçün Almaniya məktəbində könüllü olmaq fürsəti
08 Noyabr 2024

Avropa Həmrəylik Korpusu: Azərbaycanlılar və ukraynalılar üçün Almaniya məktəbində könüllü olmaq fürsəti


Almaniyanın Bad Kissingen şəhərində yerləşən “Sinnberg Grundschule” dövlət ibtidai məktəbi Azərbaycan və Ukraynadan olan könüllüləri 2025-ci il yanvar ayının 7-dən avqust ayının 1-dək bu məktəbin fəaliyyətlərində iştirak etməyə dəvət edir. 

Könüllü olacaq şəxs məktəb şagirdlərinin şəxsi inkişafına kömək edəcək fəaliyyətlər və seminarlar təşkil edəcək. Bunlar musiqi, idman, oxu, İngilis dili, teatr, velosiped sürmə, təbiət və ünsiyyət dərsləri ola bilər.

Könüllü Bad Kissingen şəhərindəki Avropa Həmrəylik Korpusunun başqa bir könüllüsü ilə eyni mənzildə qalacaq. Ona aylıq cib pulu (günlük 7 avro), yemək pulu və Almaniya daxilində regional qatarlara bilet veriləcək.

Seçilmiş könüllü həmçinin Aşağı Frankoniya inzibati dairəsində beynəlxalq könüllülər qrupuna qoşulacaq və ayrı-seçkiliklə mübarizə üzrə seminarlarda iştirak edə biləcək.

O, uşaq və gənclərlə yaradıcı şəkildə işləməkdə maraqlı olmalıdır. Alman dilini bilənlərə üstünlük veriləcək.

Ərizə ilə müraciət üçün son tarix 17 noyabrdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

BAĞLANIŞ TARİXİ:

17 Noyabr 2024


ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,