Avropa Parlamentinin Saxarov təqaüd proqramı Aİ yə üzv olmayan ölkələrdən seçilmiş 14-ə yaxın insan hüquqları müdafiəçisinə Brüsseldə və Venesiyadakı İnsan Hüquqları üzrə Qlobal Kampusda iki həftəlik intensiv təlim proqramında iştirak etmək imkanı yaradır.
İnsan hüquqları müdafiəçiləri üçün nəzərdə tutulmuş bu proqram 2016-cı ildən bəri hər il təşkil olunur. Təqaüd proqramı Saxarov Mükafatının 25-ci illik konfransında Saxarov Mükafatı İcması tərəfindən qəbul edilən bir təşəbbüsdür.
Brüssel proqramı insan hüquqları müdafiəçiləri, maliyyələşdirmə, kommunikasiya bacarıqlarının inkişafı və insan hüquqları müdafiəçilərinin üzləşdiyi konkret təhlükəsizlik problemləri haqqında məlumatlılığın artırılmasını dəstəkləyən Aİ siyasətləri və alətlərinə yönəlib. Ona həmçinin Parlamentin üzvləri, Aİ təsisatlarının rəsmiləri və Brüsseldə yerləşən qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər daxildir. Təqaüd proqramının iştirakçıları fərdi hüquqların müdafiəsi və şəbəkə fəaliyyətləri üçün məkana giriş imkanı əldə edəcəklər.
Venesiyadakı İnsan Hüquqları üzrə Qlobal Kampusda təşkil olunacaq təlim beynəlxalq insan hüquqlarına dair qanun, alətlər və mexanizmlərlə bağlı akademik tədris, eləcə də real nümunələrdən ibarətdir və iştirakçılara yerli icmalarda müsbət dəyişikliklərin əldə olunması üçün insan hüquqları müdafiəçilərinin fəaliyyətini yaxşılaşdırmaq üçün praktiki alətlər təmin edəcək. Mühazirəçilər arasında tanınmış akademiklər, insan hüquqları sahəsində fəaliyyət göstərən aparıcı QHT-lərin nümayəndələri, Saxarov Mükafatı laureatları və digər tanınmış şəxslər var.
Sözügedən proqram Brüsseldə və Venesiyada keçiriləcək.
Namizədlər QHT-lərdə və ya digər təşkilatlarda, yaxud fərdi şəkildə insan hüquqlarının müdafiəsi üzrə kampaniyalarda iştirak edən şəxslər olmalıdır. Onlar Brüssel və Venesiyada müzakirələrdə və seminarlarda iştirak etmək üçün kifayət qədər İngilis dil biliyinə sahib olmalıdırlar.
Təqaüd proqramı ikitərəfli səyahət xərclərini, Brüsseldə və Venesiyada qalma və gündəlik yaşayış xərclərini qarşılayır.
Müraciət üçün son tarix 26 yanvardır.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,