Avropa Komissiyası Azərbaycandan olan tədqiqatçıları, innovatorları və Milli əlaqələndirici şəxsləri 9-13 fevral tarixlərində Bakıda keçiriləcək üçgünlük Layihə təkliflərinin yazılması üzrə təlim düşərgəsinə və ikigünlük ekspert məsləhətləşmələrinə dəvət edir.
Təlim zamanı əsas diqqət “Horizon Europe” proqramının 2026-2027-ci illər üzrə İş Proqramının II komponenti çərçivəsində təqdim olunacaq birgə tədqiqat layihələrinə yönəldiləcək.
Təlim proqramı həmçinin I komponent çərçivəsindəki Mariya Sklodovskaya-Küri Fəaliyyətləri (MSCA) proqramı kimi digər maliyyələşdirmə alətlərini də əhatə edəcək.
Üçgünlük düşərgə ilə yanaşı, fərdi tədqiqatçılara və innovatorlara müsabiqə ərizələrini başa düşməyə kömək etmək və ərizəni tədqiqatçının və innovatorun təcrübəsi ilə uyğunlaşdırmaq və onlara konsorsium yaratmaqda və konsorsium daxilində rolların təmin edilməsində dəstək olmaq üçün fərdi ekspert məsləhətləşmələri təklif olunur.
Təlimlərdə təcrübəli və gənc tədqiqatçıların (o cümlədən fəlsəfə doktoru namizədləri), innovasiya tərəfdaşlarının və Milli əlaqələndirici şəxslərin iştirakı arzuolunandır.
Qeydiyyat üçün son tarix 28 yanvar 2026-cı ildir.
Daha çox öyrənin





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,