Aİ-nin Qlobal Mədəni Əlaqələr Proqramı ərizə qəbulu elan edib – mədəniyyət və yaradıcılıq sektorunda çalışan peşəkarlar və ya daha təhlükəsiz cəmiyyətlər üzərində çalışanlar iştirak edə bilər
İyun 22, 2024

Aİ-nin Qlobal Mədəni Əlaqələr Proqramı ərizə qəbulu elan edib – mədəniyyət və yaradıcılıq sektorunda çalışan peşəkarlar və ya daha təhlükəsiz cəmiyyətlər üzərində çalışanlar iştirak edə bilər


Aİ tərəfindən maliyyələşdirilən Qlobal Mədəni Əlaqələr Proqramı (GCRP) mədəniyyət və yaradıcılıq sektorlarında çalışan və ya daha təhlükəsiz cəmiyyətlərin yaradılması istiqamətində çalışan 40 peşəkar və sahibkar arasında müsabiqə elan edir. Sözügedən proqram Mədəni Əlaqələr Platformasının əsas təlim proqramlarından biridir.   

Qlobal Mədəni Əlaqələr Proqramı faydalı əlaqələrin qurulması və mədəniyyətlərarası əməkdaşlığın müzakirəsi üçün dünyanın müxtəlif yerlərində çalışan şəxsləri bir araya gətirir. Bu, fasiləsiz bacarıqları inkişaf etdirmək, biliklərini dərinləşdirmək, beynəlxalq şəbəkələr qurmaq və fənlərarası, mədəniyyətlərarası əməkdaşlığa cəlb etmək üçün bir fürsətdir. 

Bu il GCRP 25-28 noyabr 2024-cü il tarixlərində Mərakeşdə keçiriləcək və ingilis dilində aparılacaq.

Mədəniyyət və yaradıcılıq sektoru peşəkarlarına aşağıdakılar daxildir, amma bunlarla məhdudlaşmır: memarlıq, audiovizual incəsənət və kino, kitab və nəşriyyat, mədəni irs, mədəniyyətin idarə edilməsi, dizayn, media, musiqi, ifaçılıq sənəti və təsviri sənət.

Daha təhlükəsiz cəmiyyətlərin yaradılması üzərində iş bunlarla məhdudlaşmayaraq aşağıdakı sektorları əhatə edir: münaqişə və münaqişədən sonrakı bölgələr; sülh quruculuğu; vasitəçilik təcrübələri, dialoq və təhsil; münaqişədən sonrakı travmaların reabilitasiyası və psixi sağlamlıq; dinlərarası dialoq; insan hüquqları və insan hüquqları təşəbbüsləri; marginallaşmış qruplarla iş; sosial ədalət, inklüzivlik və dayanıqlıq; sığınacaq, miqrasiya və məcburi köçkünlük, fəlakət və iqlim dəyişikliyinə qarşı tədbirlər və dezinformasiyaya qarşı fəaliyyət.

Yaşı 25-39 olan, qlobal/beynəlxalq/mədəniyyətlərarası əməkdaşlıq sahəsində ən azı üç illik təcrübəyə malik olan və ictimai, özəl və ya vətəndaş cəmiyyəti təşkilatında işləyən və ya frilanser şəxslər müraciət edə bilər.

Ərizə ilə müraciət üçün son tarix iyul ayının 14-dür.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

İMKANIN NÖVÜ



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,