Aİ-nin Azərbaycandakı nümayəndəliyi iyulun 31-də “Media savadlılığı və dezinformasiya” mövzusunda təlim təşkil edir.
Nümayəndəlik gənc jurnalistləri, media, kommunikasiya və jurnalistika fakültəsinin tələbələrini, gənc analitikləri və tədqiqatçıları tədbirdə iştirak etməyə dəvət edir.
Təlim dezinformasiya dövründə media, dezinformasiyanın növləri və onlarla mübarizə üsullarına həsr olunacaq. Aİ-dən olan ekspert yerli və beynəlxalq saxta xəbərlər arasında fərqi izah edəcək, eləcə də daxili və xarici saxta xəbər kampaniyaları haqqında məlumat verəcək. İştirakçılar həmçinin sosial mediada iqlim dəyişikliyi və dezinformasiya, dezinformasiyanın “şimal” dalğası haqqında geniş məlumat alacaqlar.
Tədbir Azərbaycan dilində olmaqla 09:30-dan 17:00-dək davam edəcək.
Müraciətləri “Media savadlılığı və dezinformasiya” başlıqlı e-məktublar vasitəsilə [email protected] ünvanına göndərin.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,