Aİ tərəfindən maliyyələşdirilən “Capacity4dev” təşəbbüsü 2024-2025-ci illər üzrə səfirlər proqramının icrasına başladığını elan edib.
Avropa Komissiyasının Beynəlxalq Tərəfdaşlıqlar üzrə Baş Direktoratı (INTPA) tərəfindən yaradılan Capacity4dev təşəbbüsü biliklərin bölüşdürülməsinə yönəlmiş platformadır. Onun məqsədi dünyanın müxtəlif yerlərində çalışan inkişaf üzrə mütəxəssisləri əlaqələndirməkdir.
Proqramın səfiri olaraq siz üzvü olduğunuz şəbəkələrdə bilikləri paylaşmaqla və Capacity4dev təşəbbüslərində iştirak etməklə çox vacib rol oynayacaqsınız.
Proqrama Aİ-nin baş qərargahları və nümayəndəliklərində çalışan işçi heyəti ilə yanaşı, sosial şəbəkələrdə fəallığı ilə seçilən Aİ-nin əməkdaşlıq layihələrində iştirak edən mütəxəssislər qoşula bilər.
Hər bir səfirin proqramın icrasına başlandığı tarixdən (2024-cü ilin payız ayları) 12 ay ərzində fəaliyyət göstərməsi planlaşdırılır.
Ərizə ilə müraciət etmək üçün Capacity4dev platformasında qeydiyyatdan keçin (hələ də üzv deyilsinizsə), proqram haqqında daha ətraflı məlumat üçün Tez-tez verilən suallar bölməsini oxuyun və 18 oktyabr 2024-cü il tarixinə qədər ərizə formasını doldurun.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,