Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) “OpenWHO” adlı onlayn təlim platformasının Azərbaycan səhifəsinin təqdimatını keçirib. Bu səhifə Azərbaycanlı səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması məqsədilə yaradılıb.
Platformanın təqdimatı məqsədilə Avropa İttifaqının (Aİ) maliyyələşdirdiyi “Sağlamlıq üçün həmrəylik təşəbbüsü” və “COVID-19 virusuna qarşı peyvəndləmə işinə dəstək” layihələri çərçivəsində xüsusi virtual görüş keçirilib. Görüşdə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) nümayəndələri və 150-dən çox tibb müəssisəsinin rəhbəri iştirak edib.
“OpenWHO” platformasında ÜST ekspertləri tərəfindən hazırlanmış 120-dən artıq ödənişsiz onlayn kurslara çıxış imkanı var. Bu günə qədər Azərbaycan dilində yalnız bir kurs – İnfeksiyaların profilaktikası və nəzarət üzrə liderlik və proqramın idarə edilməsi (IPC) əlçatan olmuşdur.
Görüşdə həmçinin ÜST-nin OpenWHO platforması haqqında məlumatlılığın artırılması və tibb işçilərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi üçün kurslara cəlb olunmasının əhəmiyyəti vurğulanıb.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,