3 May Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə Avropa İttifaqı jurnalistlərə qarşı hər cür təhdid və zorakılığı pisləyir, təhlükə altında çalışan media işçilərini yerli missiyalar və xüsusi proqramlar vasitəsilə dəstəkləməyə davam edir. Aİ UNESCO-nun “günümüzdə ifadə azadlığı bütün digər insan hüquqları kimi həmişəkindən daha çox əhəmiyyət kəsb edir” kimi mesajına qoşulur.
Aİ xatırladır ki, ifadə azadlığının müdafiəsi 75 il əvvəl Ümumdünya İnsan Hüquqları Bəyannaməsində təsbit edildiyi kimi ittifaqın insan hüquqları sahəsindəki fəaliyyəti üçün əsas prioritet olaraq qalır:
“Hər kəsin fikir və ifadə azadlığı hüququ var; bu hüquqa heç bir müdaxilə olmadan öz fikirlərinə sahib olmaq, istənilən KİV vasitəsilə və sərhədlərdən asılı olmayaraq məlumat və ideyaları axtarmaq, almaq və yaymaq azadlığı daxildir”.
Aİ-nin Ali Nümayəndəsi Cozep Borrel bu gün münasibətilə bəyanatla çıxış edib: “Azad, müstəqil və plüralist medianın qorunub saxlanılması davamlı və sağlam demokratiyalar üçün həyati əhəmiyyət kəsb etsə də, bu gün dünyanın əksər yerlərində mətbuat azadlığı təhlükə altındadır. Jurnalistlər, media işçiləri və müstəqil və keyfiyyətli məlumatı ictimaiyyətə çatdıran, insan hüquqlarının kobud şəkildə pozulması və vəhşilikləri işıqlandıran və hakimiyyətdə olanları məsuliyyətə cəlb edən hər kəs getdikcə daha çox böhtan, təhdid və hücumlarla üzləşirlər, o cümlədən dezinformasiya yolu ilə”.
Borrel bütün dünyada vəzifə borcunu yerinə yetirmək üçün çətinliklərlə üzləşən media işçiləri arasında Ukraynada çalışan müxbirlərin və Belaruslu jurnalistlərin də olduğunu qeyd edib. Onun açıqlaması xüsusilə şəxsi və onlayn təhdidlərə və artan hücumlara, həmçinin damğalanmaya, cinsiyyətçi nifrət nitqinə, trolluğa, cinsi və gender əsaslı zorakılığa və hətta qətllərə ən çox məruz qalan qadın jurnalistlərdən bəhs edib. Aİ-nin məlumatına görə, qadın jurnalistlərin 73%-i iş zamanı onlayn təhdid, təhqir və təqiblərə məruz qalırlar.
“Mətbuat azadlığının müdafiəsi və təşviqi heç bir sərhəd tanımayan universal bir missiyadır. Aİ bütün dünyada mətbuat azadlığını gücləndirmək və təşəbbüsü ələ almaq üçün həm beynəlxalq forumlarda, həm də yerli səviyyədə hökumətlər, media və vətəndaş cəmiyyəti ilə əlaqə işləməyə sadiq qalacaq”, – bəyanatda deyilir.
Avropa Xarici Fəaliyyət Xidməti Ümumdünya Mətbuat Azadlığı Günü üçün müharibə şəraitində olan Ukrayna və Livandan iki jurnalistin iştirak etdiyi videoçarx hazırlayıb. Videoçarxda Kyiv Independent-dən İlya Ponomarenko və Reuters-in Livan bürosundan Maya Gebeyli müharibə şəraitinda çalışan jurnalist olmağın nə demək olduğunu müzakirə edirlər.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,