Ukrayna: Aİ Rusiyanın bir neçə bankını SWIFT sistemindən kənarlaşdırıb
Mart 3, 2022

Ukrayna: Aİ Rusiyanın bir neçə bankını SWIFT sistemindən kənarlaşdırıb


Martın 2-də Avropa İttifaqı Rusiyanın bir neçə iri bankının ölkələrarası bank köçürmələrində istifadə olunan dünyanın əsas maliyyə şəbəkəsi olan SWIFT sistemindən kənarlaşdırılmasına razılığını verib.  

Sözügedən məhdudlaşdırıcı tədbir bu bankların dünya üzrə maliyyə əməliyyatlarını sürətli və səmərəli şəkildə həyata keçirməsinə mane olacaq. Bugünkü qərar Aİ-nin ABŞ və Böyük Britaniya kimi beynəlxalq tərəfdaşları ilə sıx əlaqələndirilib.

“Avropa İttifaqı işıq sürəti ilə Rusiyanın maliyyə sisteminə, yüksək texnologiya sənayesinə və korrupsiyalaşmış elitasına qarşı üç sərt sanksiya paketini qəbul etdi. Bu, İttifaqımızın tarixində ən böyük sanksiyalar paketidir. Rusiyanın əsas banklarının SWIFT şəbəkəsindən kənarlaşdırılması ilə bağlı bugünkü qərar Putin və Kremlə növbəti aydın siqnal olacaq”, – Avropa Komissiyasının sədri Ursula von der Leyen bildirib.

Sanksiyaların tətbiq edildiyi bankların siyahısı Rəsmi jurnalda dərc edilib. Onlar aşağıdakılardır: 

  • Bank Otkritie
  • Novikombank
  • Promsvyazbank
  • Bank Rossiya
  • Sovcombank
  • VNESHECONOMBANK (VEB)
  • VTB BANK

Sanksiyalar 10 gün ərzində qüvvəyə minəcək. Bu, SWIFT və digər operatorlara sanksiyaları həyata keçirmək üçün qısa keçid müddəti verəcək və bununla da Aİ biznes və maliyyə bazarlarına mümkün mənfi təsirləri azaldacaq. Rusiyanın davranışından asılı olaraq, Komissiya qısa müddətdə digər Rusiya banklarını dab u siyahıya əlavə etməyə hazırdır.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,