Portuqaliyanın Avropa İttifaqı Şurasında sədrliyi Avropanın qloballaşmasına və diqqətin ədalətli cəmiyyət, “yaşıl” iqtisadiyyat və rəqəmsal texnologiyalar məsələlərinə yönələcəyini vəd edir
Yanvar 15, 2021

Portuqaliyanın Avropa İttifaqı Şurasında sədrliyi Avropanın qloballaşmasına və diqqətin ədalətli cəmiyyət, “yaşıl” iqtisadiyyat və rəqəmsal texnologiyalar məsələlərinə yönələcəyini vəd edir


Səmərəli çoxtərəfliliyə sadiq qalan qlobal Avropa və “qonşu ölkələrə xüsusi diqqət”, Portuqaliyanın Avropa İttifaqı Şurasında yeni sədrliyinin əsas prioritetlərindəndir.

2021-ci il yanvarın 1-dən Avropa İttifaqı Şurasında sədrlik etməyə başlayan Portuqaliya “iqtisadi inkişaf üzrə nəticə yönümlü beynəlxalq tərəfdaşlıqları müdafiə edəcək, gender bərabərliyi və qadınların səlahiyyətlərinin artırılması daxil olmaqla, xüsusilə səhiyyə və təhsil sahələrində insan resurslarından səmərəli istifadə üçün lazımi şəraitin yaradılmasına dair debatları təşviq edəcək”.

“Ədalətli cəmiyyət, yaşıl iqtisadiyyat və rəqəmsal texnologiyalar zamanıdır!” şüarı ilə sədrliyə başlayan Portuqaliyanın məqsədi Avropanın dayanıqlığını və bu qitənin vətəndaşlarının Avropa sosial modelinə olan etibarını gücləndirmək, o cümlədən mövcud pandemiya böhranından qurtulmaq üçün ortaq həmrəylik, yaxınlaşma və birləşmə dəyərlərinə əsaslanan İttifaqın təşviqidir.

Bununla da ikili iqlim və rəqəmsal texnologiyalara keçid əhatəli şəkildə həyata keçiriləcək, heç kimin geridə qalmaması, eyni zamanda pandemiyanın sosial aspektinə diqqət təmin ediləcək.

Portuqaliya iqtisadiyyatın dayanıqlı bərpasını təmin etmək üçün Avropa Yaşıl Təşəbbüsünün həyata keçirilməsini prioritetləşdirməyi və Avropanın iqlimə dair ilk qanununun qəbul olunmasını da təşviq etməyi nəzərdə tutur.

Portuqaliyanın sədrliyi dövründə həmçinin Avropada və onun xaricində Avropanın ictimai səhiyyə böhranlarına cavab vermək və təhlükəsiz peyvəndlər istehsal etmək və yaymaq qabiliyyətini gücləndirən Avropa Səhiyyə İttifaqının yaradılmasına dəstək verilməsi planlaşdırılır. 

Portuqaliyanın Aİ Şurasına sədrliyi 2021-ci il iyunun 30-na qədər davam edəcək.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

Portuqaliyanın sədrlik prioritetləri

 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,