“Hüquqlarımız, gələcəyimiz, elə indi”– Aİ İnsan Hüquqları Gününü qeyd edir
Dekabr 13, 2024

“Hüquqlarımız, gələcəyimiz, elə indi”– Aİ İnsan Hüquqları Gününü qeyd edir


Dekabrın 10-da Beynəlxalq İnsan Hüquqları Günündə Avropa İttifaqı ümumi hörmətə, insan hüquqlarının müdafiəsinə və bu hüquqların hər yerdə və hər kəs üçün həyata keçirilməsinə dəyişməz sadiqliyini bir daha təsdiqləyir. Bu sözlər Avropa Komissiyasının mətbuat üçün açıqlamasında deyilir. Builki kampaniyanın mövzusu “Hüquqlarımız, gələcəyimiz, elə indi”dir.

“İnsan hüquqları bütün bəşəriyyət üçün ümumbəşəri qanuni, əxlaqi və icra edilə bilən təminatlardır. İnsan ləyaqəti, bərabərlik, demokratiya, sülh və dayanıqlı inkişaf baxımından onların əhəmiyyəti çox vacibdir”, – Avropa Komissiyasının bəyanatında deyilir. 

Sənəddə həmçinin qeyd olunub ki, hazırda dünya həmişəkindən daha çox silahlı münaqişələr, humanitar böhranlar, iqlim dəyişikliyi ilə bağlı fəlakətlər, cəzasız qalmalar, artan bərabərsizlik və davamlı gender bərabərsizliyi ilə üzləşib. 

“İnsan hüquqlarına istinad edən qaydalara əsaslanan beynəlxalq nizam əvəzolunmaz olaraq qalır. Rusiyanın Ukraynaya qarşı təcavüzü və Yaxın Şərqdə, Sudanda və digər yerlərdə olan münaqişələr səbəbindən xüsusilə qadın və uşaqlara təsir etməklə mülki əhalinin insan hüquqlarının həyata keçirilməsi dəhşətli nəticələrə gətirib çıxarır”, – bəyanatda deyilir.

Avropa Komissiyası həmçinin bildirir ki, sülh sadəcə olaraq müharibənin olmaması deyil, o, daimi fəaliyyət və insan hüquqlarının fasiləsiz müdafiəsini tələb edir. 

“Aİ hər kəs üçün, hər yerdə – Hüquqlarımız, gələcəyimiz, elə indi və həmişə insan hüquqlarını təşviq və müdafiə etməyə davam edəcək”, – bəyanatda qeyd olunub.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,