G7 Rusiyanın qiymətli daşlar, energetika və metallurgiya sektorlarından əldə etdiyi gəlirlərini azaltmaq üçün danışıqları sürətləndirəcək
Noyabr 10, 2023

G7 Rusiyanın qiymətli daşlar, energetika və metallurgiya sektorlarından əldə etdiyi gəlirlərini azaltmaq üçün danışıqları sürətləndirəcək


Noyabrın 8-də Yaponiyanın paytaxtı Tokioda keçirilən G7 xarici işlər nazirlərinin görüşündə Ukraynaya dəstəyin davam etdirilməsi, Rusiyaya qarşı iqtisadi təzyiqlərin artırılması və Rusiyaya qarşı sərt sanksiyaların və digər məhdudiyyətlərin tətbiqinin əhəmiyyəti bir daha vurğulanıb.

Görüşdə Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-ın xarici işlər nazirləri, o cümlədən Avropa İttifaqının ali nümayəndəsi iştirak edib.

“Rusiyanın strateji məhsul və texnologiyalara çıxışını məhdudlaşdırmaq üçün sanksiyalarla bağlı koordinasiyanı gücləndirəcəyik. Biz Rusiyaya qarşı tədbirlərimizdən yayınma və riayət edilməmə hallarının qarşısını almaq üçün əlavə tədbirlər görəcəyik”, – nazirlərin birgə bəyanatında deyilir. “Rusiyanın ixracdan əldə etdiyi gəlirlərini azaltmaq üçün biz energetika, metallurgiya və Rusiyada hasil edilən, emal edilən və ya istehsal olunan bütün qeyri-texniki qiymətli daşlarla bağlı məsləhətləşmələrimizi sürətləndirəcəyik”.

Nazirlər həmçinin bir daha vurğulayıblar ki, təmsil etdikləri ölkələrin müvafiq qanunvericiliyinə əsasən, Rusiyanın bu ölkələrdəki yurisdiksiyalarındakı suveren aktivləri “Rusiya Ukraynaya vurduğu zərəri ödəyənə qədər” qeyri-aktiv qalacaq. Onlar həmçinin bildiriblər ki, “Rusiyanın məsuliyyətsiz nüvə ritorikası və Belarusda nüvə silahı yerləşdirməsi ilə bağlı açıqlaması qəbuledilməzdir”.

“Rusiyanın kimyəvi, bioloji və ya nüvə silahlarından istənilən formada istifadəsinin ciddi nəticələri olacaq. Biz Rusiyanın Nüvə sınaqlarının hərtərəfli qadağan edilməsi haqqında Müqaviləsinin ratifikasiyasını ləğv etmək qərarından dərin təəssüf hissi keçiririk. Biz Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) Ukraynadakı bütün mülki nüvə obyektlərinə maneəsiz girişini qətiyyətlə dəstəkləyirik”, – bəyanatda deyilir.

Cənubi Qafqazdakı vəziyyətlə bağlı olaraq G7 ölkələrinin nazirləri Azərbaycanın həyata keçirdiyi hərbi əməliyyatdan sonra ermənilərin Dağlıq Qarabağdan köçürülməsinin humanitar nəticələrindən ciddi narahat olduqlarını bildiriblər. Onlar Azərbaycanı beynəlxalq humanitar hüquq çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam əməl etməyə çağırıblar və məcburi köçkünlərin təcili humanitar ehtiyaclarını ödəmək üçün görülən beynəlxalq səyləri alqışlayıblar.

Daha çox öyrən

Mətbuat üçün açıqlama



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,