EU4Azerbaijan: Aİ ilə əməkdaşlığa dair ən son məlumat üçün vahid məkan
Yanvar 25, 2024

EU4Azerbaijan: Aİ ilə əməkdaşlığa dair ən son məlumat üçün vahid məkan


Şərq Tərəfdaşlığı ölkələrində Aİ ilə əməkdaşlıq haqqında ən son məlumatlar axtarırsınız? Azərbaycanda yaşayırsınızsa və ya bu ölkə ilə maraqlanırsınızsa, “EU NEIGHBOURS east” proqramı tərəfindən dəstəklənən unikal inteqrasiya olunmuş onlayn platforma – EUDIGITOOL sayəsində ölkənizdə Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihə və proqramlar haqqında yenilənmiş məlumatlar əldə edə bilərsiniz. Ümumilikdə bu platformada altı Şərq Tərəfdaşlığı ölkəsində Avropa İttifaqı tərəfindən maliyyələşdirilən minə yaxın layihə və proqram haqqında məlumat toplanıb. 

EUDIGITOOL internet səhifəsində Aİ tərəfindən maliyyələşdirilən layihələr və onların fəaliyyətləri haqqında məlumatlar yer alıb. Bu məlumatlar daha sonra konkret ölkə üzrə internet səhifəsinə – eu4azerbaijan.eu, eləcə də “EU NEIGHBOURS east” proqramının internet səhifəsinə (euneighbourseast.eu) ötürülür. 

Bütün məlumatlar yerli dillərdə, eləcə də ingilis dilində mövcuddur.

Platformaya daxil olmaqla ölkənizdəki hər bir layihə haqqında ətraflı məlumatlarla yanaşı, ən son xəbərlər, uğur hekayələri və iştirak imkanları, həmçinin Aİ ilə ölkəniz arasında əlaqələr və əməkdaşlıqla bağlı mühüm məlumatlar ilə tanış ola bilərsiniz.

Daha çox öyrən

eu4azerbaijan.eu

euneighbourseast.eu/az



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,