CyberEast and TOPCOP layihələri tərəfindən Şərq Tərəfdaşlığı hüquq-mühafizə orqanlarına Darknet-də cinayətkarlıqla mübarizə ilə bağlı dəstək veriləcək
Noyabr 29, 2021

CyberEast and TOPCOP layihələri tərəfindən Şərq Tərəfdaşlığı hüquq-mühafizə orqanlarına Darknet-də cinayətkarlıqla mübarizə ilə bağlı dəstək veriləcək


Avropa İttifaqı və Avropa Şurasının birgə layihəsi olan CyberEast layihəsi və onun tərəfdaş layihəsi olan Europolun Mütəşəkkil Cinayətkarlıqla Mübarizə üzrə Təlim və Əməliyyat Tərəfdaşlığı (TOPCOP) Şərq Tərəfdaşlığı ölkələri ilə və Darkweb-də mütəşəkkil cinayətkarlıqla mübarizə aparan Aİ qurumları ilə əməkdaşlığı təkmilləşdirmək üçün səylərini birləşdirib. 

8-12 noyabr və 22-26 noyabr tarixlərində TOPCOP Azərbaycan, Ermənistan və Gürcüstandan olan bir qrup hüquq-mühafizə orqanlarının əməkdaşları üçün xüsusi kurslar keçirib. CyberEast layihəsi isə kibercinayətkarlıq və Darkweb ilə bağlı məsələlərdə ekspertlərin rəyini təqdim edib.

“Darkweb getdikcə qeyri-qanuni fəaliyyətlərin çoxaldığı və cinayətkarların anonim şəkildə fəaliyyət göstərdiyi yerə çevrilir. Məlumata görə, Tor-da gizli xidmətlərin 30%-ə yaxını narkotik, silah, oğurlanmış məlumatların, saxta sənədlərin, əczaçılıq vasitələrinin, kimyəvi maddələrin və digər qeyri-qanuni məhsulların satışı kimi qeyri-qanuni fəaliyyət növləri ilə bağlıdır”. CyberEast layihəsinin mətbuat üçün açıqlamasında belə deyilir.

Sözügedən layihənin açıqladığı məlumatlara əsasən, kibercinayətkarlıq və elektron sübut imkanlarını gücləndirmək üçün Şərq Tərəfdaşlığı ölkələrindəki ədalət mühakiməsi orqanları bundan sonra da dəstəklənəcək, o cümlədən paralel maliyyə araşdırmaları və kəşfiyyat, onlayn cinayət gəlirləri, maliyyə fırıldaqçılığı və çirkli pulların yuyulması cinayətlərinə diqqət artırılacaq.

Daha çox öyrən

Mətbuat üçün açıqlama

CyberEast layihəsi

TOPCOP



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,