Azərbaycan və Ermənistan liderləri 14 may 2023-cü il tarixində Aİ-nin vasitəçiliyi ilə yenidən Brüsseldə üçtərəfli görüşdə iştirak etməyə razılıq veriblər. Avropa İttifaqını görüşdə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel təmsil edəcək. Aİ Cənubi Qafqazda sabitliyin təşviqi və iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində səylərini davam etdirir.
Liderlər arasında müzakirələr 1 iyun 2023-cü il tarixində Kişinyovda keçiriləcək Avropa Siyasi İcmasının (EPC) sammiti çərçivəsində Fransa prezidenti Emanuel Makronla Almaniya Kansleri Olaf Şoltsla birgə görüşdə davam etdiriləcək.
Liderlər həmçinin hadisələrin inkişafını müzakirə etmək üçün Brüsseldə üçtərəfli görüşləri zəruri olduğu qədər davam etdirməklə bağlı razılığa gəliblər.
Şarl Mişel həmçinin Azərbaycan, Ermənistan, Fransa və Almaniya liderlərini 2023-cü ilin oktyabrında Qranada şəhərində keçiriləcək Avropa Siyasi İcmasının növbəti sammiti çərçivəsində ikinci görüşə dəvət etmək niyyətində olduğunu bildirib.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,