Fevralın 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində Nazirlərin 8-ci iclası keçirilib. Tədbirdə Azərbaycan ilə Avropa İttifaqı arasında strateji enerji tərəfdaşlığının mövcudluğu bir daha vurğulanıb.
İclasın həmsədrləri olan Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və Enerji üzrə Komissar Kadri Simsonun mətbuat üçün açıqlanan birgə bəyanatında deyilir ki, tərəflər arasındakı strateji tərəfdaşlıq üzunmüddətli enerji təhlükəsizliyi, təchizat təhlükəsizliyi və yaşıl enerjiyə keçid kimi ümumi məqsədlərə əsaslanır.
“Biz Cənub Qaz Dəhlizinin tammiqyaslı istismarının birinci ilinin uğurla başa çatmasını və onun Azərbaycan Respublikasından Gürcüstan, Türkiyə və Avropa bazarlarına etibarlı, rəqabət qabiliyyətli və sərfəli enerji təchizatının təmin edilməsinə verdiyi töhfəni alqışlayırıq… Altı ölkəni əhatə edən bu qaz nəqli sistemi, əvvəllər təbii qaza çıxışı olmayan bölgələr də daxil olmaqla, enerji təchizatı və mənbələrinin şaxələndirilməsini asanlaşdırır və kömürdən istifadənin sürətlə dayandırılmasını asanlaşdırır”. Bəyanatda belə deyilir.
Cənab Şahbazov və xanım Simson bildiriblər ki, Azərbaycan hökuməti “Cənub Qaz Dəhlizində əsas amil kimi strateji rol oynamağa davam edir və Avropaya təhlükəsiz, sabit və sərfəli enerji təchizatını təmin etmək üçün səylərini davam etdirir”.
Bəyanatda həmçinin Qərbi Balkanlar da daxil olmaqla, Cənub Qaz Dəhlizinin yeni enerji bazarlarına doğru mümkün genişlənməsinin tədqiqi səyləri vurğulanır və bu halda yarana biləcək bütün kommersiya, ətraf mühit, texniki, tənzimləmə və iqlimlə bağlı məsələlərin qiymətləndirilməsi təklif edilir.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,