Azərbaycanda altıncı Avropa məktəbi keçirilir 
Avqust 10, 2023

Azərbaycanda altıncı Avropa məktəbi keçirilir 


Avqustun 8-də Azərbaycanda gənclər üçün altıncı Avropa məktəbi (EuroSchool) start götürüb. Gənc Avropa səfirlərinin (YEAs) iştirakı ilə Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyi tərəfindən təşkil olunan məktəb 8-10 avqust tarixlərində keçiriləcək.

Məktəbdə dərslər Aİ, onun tarixi və təsisatları, fundamental prinsipləri və dəyərləri, qanunvericiliyin uyğunlaşdırılması və uzlaşdırılması prosesi, Aİ-də qərarların qəbulu, Avropa Qonşuluq Siyasəti, Şərq Tərəfdaşlığı təşəbbüsü, dezinformasiya ilə mübarizə və Aİ və Azərbaycan arasında əlaqələri əhatə edir. 

Aİ-nin Azərbaycandakı Səfiri Petr Mixalko məktəbin açılış tədbirində bildirib:  Avropa məktəbi gənclərin Avropa İttifaqı, onun dəyərləri, fəaliyyəti və Azərbaycan ilə əməkdaşlığı haqqında biliklərini dərinləşdirməyə imkan verən əla imkandır. Mən inanıram ki, Azərbaycanlı və Aİ-yə üzv dövlətlərdən olan gəncləri bir araya gətirən bu cür tədbirlərin təşkili ilə biz hazırda və gələcəkdə bir çox sahələrdə güclü əlaqələrimizin inkişafında töhfə vermiş oluruq. Aİ Azərbaycanda gəncləri Azərbaycan xalqının rifahı və Aİ ilə Azərbaycan arasında əməkdaşlıq naminə öz arzularını, təhsil imkanlarını və peşəkar inkişafını reallaşdırmaqda dəstəkləməkdə və ruhlandırmaqda davam edəcək”.

İştirakçılar Gənc Avropa səfirləri və təlimçiləri ilə gənclərlə bağlı məsələləri, o cümlədən Aİ-nin gənclər və Şərq Tərəfdaşlığı ölkələrindəki rolu, eləcə də regionda gənclər üçün təmin etdiyi imkanlar (Erasmus+ proqramı daxil olmaqla) ilə bağlı müzakirə etmək imkanı əldə edəcəklər.

“Avropa məktəbi Aİ ilə Azərbaycan arasında münasibətləri möhkəmləndirmək məqsədilə yanaşı, bunu adi vətəndaşlar səviyyəsində həyata keçirmək, ölkələrimizin gələcəyini, gənclərimizi birləşdirən əla fürsətdir. Gənc Avropa səfiri olaraq mən bu layihədə iştirak etməkdən və Aİ və Azərbaycan arasında daha güclü tərəfdaşlığa dair baxışlarımı yerli gənclərlə bölüşmək fürsətinə malik olduğum üçün çox məmnunam”, – Yunanıstandan Gənc Avropa səfiri Prodromos Tsounopoulos deyib.

Kursun məzunları Gənc Avropa Qonşuları şəbəkəsinə üzv olmağa və təşəbbüsün fəaliyyətlərində iştirak etməyə dəvət olunacaqlar.

Gənc Avropa səfirləri (YEAs) təşəbbüsü Aİ-nin Şərq Qonşuluq ölkələri (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna), Aİ-yə üzv ölkələrdən və Böyük Britaniyadan olan gənclər arasında dostluq münasibətləri quran və onları bir-birləri ilə əlaqələndirən qeyri-siyasi, könüllü və dinamik bir kommunikasiya şəbəkəsidir. Şəbəkənin məqsədi, Aİ-nin Şərq Tərəfdaşlığı ölkələri ilə əməkdaşlığı haqqında məlumatlılığı artırmaq, bu əməkdaşlığın gözəçarpan nəticələrini nümayiş etdirmək, müxtəlif mövzularda siyasi dialoqa töhfə vermək, vətəndaş fəallığını artırmaq və daha yaxşı gələcək üçün birlikdə çalışmaqdır. 



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,