Azərbaycan gəncləri məşğulluqla bağlı hansı çətinliklərlə üzləşirlər və onların öz karyera potensialını reallaşdırmasına necə kömək etmək olar?
Dekabr 2, 2022

Azərbaycan gəncləri məşğulluqla bağlı hansı çətinliklərlə üzləşirlər və onların öz karyera potensialını reallaşdırmasına necə kömək etmək olar?


Gənclər üçün təhsildən əmək bazarına keçid tələbin aşağı olması, yüksək işsizlik səviyyəsi, aşağı əmək haqqı, eləcə də karyera imkanları ilə bağlı məlumat çatışmazlığı kimi iqtisadi şərtlər səbəbindən qeyri-müəyyənlik və şübhələrlə dolu olan mürəkkəb bir təcrübədir. Qeyri-müəyyənlik hisslərini azaltmaq məqsədilə Avropa İttifaqı (Aİ) tərəfindən birgə maliyyələşdirilən “EU4YOUTH: Gənclərin Məşğulluğu və Sahibkarlığı” proqramı çərçivəsində “Azərbaycanda gənclərin əmək hüquqları və əmək fəaliyyətinə keçidi” adlı podkast hazırlanmışdır. Podkast Azərbaycanda gənclərin əmək bazarına daxil olarkən və ya karyeralarını planlaşdırmağa başlayarkən qarşılaşdıqları aktual məsələlərlə bağlı iki mövzunu əhatə edən iki buraxılışdan ibarətdir. Hər buraxılışda mövzu üzrə siyasətçilər, mütəxəssislər, praktiklər və ya ekspertlər kimi qonaqlar gənclərin karyera imkanları ilə bağlı öz fikirlərini və məsləhətlərini bölüşürlər.

Biz uzunmüddətli planlar qura bilmərik, lakin daim dəyişən şəraitdə öz yerimizi tapmalıyıq

Podkastın “Azərbaycanda əmək fəaliyyətinə keçid: davamlı və qənaətbəxş karyeranı necə təmin etmək olar?” adlı buraxılışı Azərbaycanda gənclər üçün karyera məsləhəti imkanlarından və karyeranın inkişafına dəstək xidmətlərindən bəhs edir. Bu buraxılışda Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Karyera filialının direktoru Toğrul Ələkbərov, Əmək bazarının təhlili və inkişafı departamentinin baş mütəxəssisi (Dövlət Məşğulluq Agentliyi) Rövşən Camalov və Gənclər və idman nazirinin müavini İndira Hacıyeva Azərbaycanda gənclərin karyera imkanları barədə öz dəyərli fikirlərini bölüşüblər.  

“Əmək bazarı sürətlə dəyişir. Dəyişən əmək bazarı o deməkdir ki, biz artıq uzunmüddətli planlar qurmuruq, əksinə, daim dəyişən şəraitdə özümüz üçün yer tapırıq. Bəs parlaq gənclər karyera planlaması haqqında məlumatı haradan əldə edə bilərlər? Karyera planlamasında ilk addım, xüsusilə gənclər üçün düzgün ixtisas və peşə seçimidir. Bu baxımdan ilk tövsiyəm khedal.az saytı ola bilər. Burada gənclər 100-dən çox ixtisas üzrə məlumat ala bilərlər,” deyə Toğrul Ələkbərov podkastda fikirlərini bölüşür.

Tam buraxılışla aşağıdakı linkdə tanış ola bilərsiniz: https://share.transistor.fm/s/ab21c065

Gənclərin öz bizneslərini inkişaf etdirmələri üçün maliyyə dəstəyi

Podkastın “Azərbaycanda gənclərin əmək hüquqlarının müdafiəsi, onların uğurlu karyera və sahibkarlıq fəaliyyəti üçün imkanlarının genişləndirilməsi” adlı digər buraxılışında ekspertlər – Dövlət Məşğulluq Agentliyinin Peşə hazırlığı mərkəzləri ilə iş şöbəsinin müdiri Kənan Bağırov, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin KOB-ların bilik və bacarıqlara çıxışına dəstək şöbəsinin müdiri Elməddin Hacıyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Assambleyasının (NAYORA) sədri Azər Əliyev Azərbaycanda gənclər üçün biznesin inkişafı imkanlarından danışıblar.  

“Biz layihələri müsabiqə yolu ilə maliyyələşdirməklə ölkədə sahibkarlığın inkişafına dəstək veririk. Hər bir layihə üzrə maliyyələşmənin məbləği 20 min manata qədərdir. Eyni zamanda, agentlik daxili və xarici bazarlara çıxışa kömək etmək məqsədilə KOM-ların müxtəlif sərgi və yarmarkalarda iştirakına dəstək verir. Agentliyin sadalanan dəstək xidmətlərindən sahibkarlıq fəaliyyətinə başlamaq istəyən gənclər, eləcə də sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən gənc sahibkarlar istifadə edə bilərlər,” deyə Elməddin Hacıyev bildirib.

Tam buraxılışla aşağıdakı linkdə tanış ola bilərsiniz: https://share.transistor.fm/s/78f074e8

Layihə haqqında “EU4YOUTH: Gənclərin Məşğulluğu və Sahibkarlığı” proqramı Aİ və Litva Xarici İşlər Nazirliyi tərəfindən birgə maliyyələşdirilir və onun məqsədi karyera məsləhəti prosesi, əmək bazarı, fərdi inkişaf barədə məlumatlar, eləcə də Azərbaycan gəncləri üçün layiqli iş standartları haqqında ətraflı məlumat yaymaqdır. Təşəbbüs Mərkəzi Layihə İdarəetmə Agentliyi (CPMA) tərəfindən Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukrayna) 2024-cü ilin sonuna qədər həyata keçirilir və gənclərin məşğulluğu və məşğulluq imkanları sahəsində fəaliyyət göstərən təşkilati strukturları və qurumları (hökumət və qeyri-hökumət) dəstəkləmək məqsədi daşıyan texniki yardım fəaliyyətlərindən ibarətdir.



ÇOX OXUYUR



Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?

Bu internet səhifəsi Avropa İttifaqı tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı ("'EU NEIGHBOURS east") 2020-2024 tərəfindən idarə olunur. Proqram Şərq Tərəfdaşlığı ölkələrindəki Avropa İttifaqı Nümayəndəlikləri arasında məlumat mübadiləsini tamamlayır və dəstəkləyir, eləcə də Avropa Komissiyasının Qonşuluq Siyasəti və Genişləndirmə Məsələləri üzrə Baş Direktoratı və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. Proqram GOPA PACE-un rəhbərlik etdiyi konsorsium tərəfindən həyata keçirilir.


Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,