Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Azərbaycan Beynəlxalq Bankı (ABB) arasında AYİB-in Ticarətin Maliyyələşdirilməsi Proqramı (TFP) çərçivəsində 50 milyon dollarlıq (46,7 milyon avro) saziş imzalanıb. Maliyyə vəsaitinin ticarətin maliyyələşdirilməsi sahəsində imkanların genişləndirilməsinə sərf olunması planlaşdırılır. İmzalanma mərasimi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasındakı (COP29) pavilyonda keçirilib.
İmzalanan saziş idxal-ixracla məşğul olan iş adamları üçün maliyyə alətlərini daha əlçatan edəcək, o cümlədən ABB-nin beynəlxalq əməliyyatlarını dəstəkləyəcək və Azərbaycanın qlobal bazarlara inteqrasiyasını gücləndirəcək. Bu razılaşma sənədi həm də AYİB-in Azərbaycanın maliyyə sektoruna artan dəstəyinin göstəricisidir.
“Biz əminik ki, bu ticarətin maliyyələşdirilməsi xətti Azərbaycanın xarici ticarətini dəstəkləməklə yanaşı, ölkənin maliyyə sektoruna, onun müştərilərinə əhəmiyyətli dəyər qatacaq. Eyni zamanda, AYİB ABB-yə yaşıl əməliyyatlarla bağlı məsləhət xidmətləri verəcək”, – AYİB-in prezidenti Odile Renaud-Basso bildirib.
AYİB Azərbaycanda aparıcı institusional investorlardan biridir və bu günə qədər adı çəkilən ölkədə icra olunan 191 layihəyə 3,7 milyard avrodan çox investisiya ayırıb.
Daha çox öyrən





Digər məlumatlandırma səhifələri:
Son xəbərlər və iştirak imkanlarında maraqlısınız?
Bu internet səhifəsi Aİ tərəfindən maliyyələşdirilən Şərq Qonşuluğu üzrə Regional Kommunikasiya Proqramı (“EU NEIGHBOURS east”) tərəfindən idarə olunur. O, Şərq Tərəfdaşlığı ölkələrində Avropa İttifaqının Nümayəndəliklərinin kommunikasiya fəaliyyətlərini tamamlayır və dəstəkləyir, o cümlədən Avropa Komissiyasının Genişlənmə Məsələləri və Şərq Qonşuluğu üzrə Baş Direktoratı (DG ENEST) və Avropa Xarici Fəaliyyət Xidmətinin rəhbərliyi altında fəaliyyət göstərir. "EU NEIGHBOURS east” proqramı "GOPA PACE" şirkətinin rəhbərlik etdiyi konsorsium tərəfindən icra olunur.
Bu məlumat Məsuliyyətdən imtina və Şəxsi məlumatların qorunmasına dair qaydalara tabedir. © European Union,